Logo
    main-post-cover

    Grok Imagine video generatoru hamı üçün pulsuz əlçatan olub

    Proqram Təminatı
    08.08.2025
    Emil
         Elon Musk-ın süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan xAI şirkəti, OpenAI-nin yeni flaqman modeli GPT-5-in təqdimatına tez bir cavab verib - şirkət süni intellekt əsaslı video generatoru Grok Imagine-i hamı üçün pulsuz istifadəyə açıb. Bu barədə X sosial şəbəkəsinin administrasiyasının açıqlamasında bildirilir. Grok Imagine, süni intellekt əsaslı açıq və pulsuz video generatorlarından biridir. O, istifadəçilərin yüklədikləri şəkillər əsasında qısa videolar yaradır. Xidmət Aurora modelinə əsaslanır və uzunluğu 15 saniyəyə qədər olan videolar yarada bilir.
         Əvvəlcə bu funksiya yalnız Grok tətbiqindəki SuperGrok abunəçilərinə və X sosial şəbəkəsindəki Premium+ abunəçilərinə əlçatan idi, lakin indi Grok tətbiqinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Xidmət 3 rejimdə video yaratma imkanı təqdim edir: Normal rejimdə “peşəkar” videolar hazırlanır, Fun rejimi əyləncəli məzmun üçün nəzərdə tutulub, Spicy isə məhdudiyyətlər və ciddi moderasiya ilə həssas xarakterli materialların yaradılmasına imkan verir. Fikir olaraq qeyd olunur ki, hələlik Grok Imagine video və audio realizmi baxımından Google Veo 3OpenAI Sora kimi sənaye liderlərindən geri qalır. Grok Imagine video generatorundan istifadə etmək üçün AndroidiOS-də Grok tətbiqini ən son versiyaya yeniləmək kifayətdir.
    Paylaş
    Bənzər xəbərlər
    x-grok-un-cavablarina-reklamlar-yerlesdirmeye-imkan-verecek
    Proqram Təminatı

    X Grok-un cavablarına reklamlar yerləşdirməyə imkan verəcək

    X sosial şəbəkəsi öz süni intellekti Grok-un cavablarına reklam yerləşdirməyi planlaşdırır. Bu barədə Elon Musk reklamverənlərlə canlı yayım zamanı bildirib.
    foto-ve-video-generatoru-olan-grok-imagine-istifadeye-verilib
    Proqram Təminatı

    Foto və video generatoru olan Grok Imagine istifadəyə verilib

    Elon Musk-ın xAI şirkəti rəsmi olaraq Grok Imagine adlı şəkil və video generatorunu təqdim edib. Bu xidmət SuperGrok və Premium+ tarif planlarının abunəçiləri üçün əlçatandır.
    elon-musk-in-xai-sirketi-macrohard-adli-yeni-ticaret-nisanini-qeydiyyatdan-kecirmeye-hazirlasir
    Tech-Biznes

    Elon Musk-ın xAI şirkəti MacroHard adlı yeni ticarət nişanını qeydiyyatdan keçirməyə hazırlaşır

    Elon Musk qeyri-adi qərarları ilə təəccübləndirməyə davam edir. Bu dəfə onun xAI şirkəti MacroHard ticarət nişanının qeydiyyatı üçün müraciət edib və bu, bir çoxları tərəfindən Microsoft-a üstüörtülü bir çağırış kimi qiymətləndirilir.
    xai-grok-un-usaqlar-ucun-olan-versiyasini-istifadeye-vere-biler
    Proqram Təminatı

    xAI Grok-un uşaqlar üçün olan versiyasını istifadəyə verə bilər

    xAI şirkətinin anime janrının pərəstişkarlarını cəlb etmək istəyi, istifadəçi auditoriyasını genişləndirməyə yönəlmiş təşəbbüslərin yalnız bir hissəsidir.
    google-openai-xai-ve-anthropic-in-her-biri-pentaqondan-200-milyon-dollarliq-muqavile-elde-edib
    Tech-Biznes

    Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib

    ABŞ-da süni zəka sahəsində fəaliyyət göstərən dörd aparıcı şirkət ABŞ Müdafiə Nazirliyindən silahlı qüvvələrdə yeni texnologiyaların tətbiqini sürətləndirmək məqsədilə iri müqavilələr alıb.