
Elon Musk-ın xAI şirkəti MacroHard adlı yeni ticarət nişanını qeydiyyatdan keçirməyə hazırlaşır
Tech-Biznes
05.08.2025
Emil
Elon Musk qeyri-adi qərarları ilə təəccübləndirməyə davam edir. Bu dəfə onun xAI şirkəti MacroHard ticarət nişanının qeydiyyatı üçün müraciət edib və bu, bir çoxları tərəfindən Microsoft-a üstüörtülü bir çağırış kimi qiymətləndirilir. Musk-ın süni intellekt sahəsində ixtisaslaşmış xAI şirkəti rəsmi olaraq MacroHard brendinin qeydiyyatı prosesinə başlayıb. Əslində bu söz Microsoft-un antonimidir. Musk bu adın istifadəsinə artıq bir neçə dəfə sosial şəbəkə paylaşımlarında yer verib. Onun həmin paylaşımlarından birində xAI şirkətinin Grok sistemi əsasında minlərlə ixtisaslaşmış agent yarada biləcək çoxagentli proqram təminatına malik yeni süni intellekt şirkətinin yaradılmasına işarə olunmuşdu.

Həmin vaxt Musk belə bir sual vermişdi: “Şirkətin adını tapa bilərsinizmi?” - və indi cavab ortaya çıxıb. Musk-ın Microsoft ilə münasibətləri heç vaxt sadə olmayıb. Bu, xüsusilə Bill Gates-in Tesla-ya yönəltdiyi tənqidlərdən və COVID-19-a qarşı tədbirlərlə bağlı fikir ayrılıqlarından sonra daha da gərginləşib. MacroHard brendinin qeydiyyatı bu uzun sürən qarşıdurmada növbəti addım ola bilər. Hələlik MacroHard-ın tam hüquqlu bir şirkətə çevriləcəyi, yoxsa sadəcə qeydiyyatdan keçmiş brend olaraq qalacağı məlum deyil. Lakin Musk-ın ideyalarını həyata keçirmə vərdişini nəzərə alaraq, bu ehtimalı istisna etmək olmaz. Xüsusilə də onun süni intellekt sahəsindəki fəallığı və daha əvvəl tənqid etdiyi OpenAI ilə olan rəqabət fonunda.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Tesla Elon Musk-a 29 milyard dollar məbləğində mükafat ödəyəcək
Tesla-nın direktorlar şurası şirkətin baş direktoru Elon Musk-a 96 milyon səhm şəklində, hazırkı qiymətlərlə 29 milyard dollar dəyərində mükafat verilməsini təsdiqləyib.

Elm & Texnologiya
Starship insanları Aya çatdırmış Saturn V-dən 3 dəfə güclü olacaq
Elon Musk bildirib ki, SpaceX şirkəti Starship layihəsi üzrə iki əsas məqsədə - raketin yuxarı pilləsinin geri qaytarılması və orbitdə yanacaq doldurma sisteminin qurulması - ən tez gələn il nail olmağı planlaşdırır.

Sosial Media
Vine süni intellekt vasitəsilə geri qayıdır
Bir zamanlar məşhur, Twitter-ə məxsus olmuş və təxminən 9 il əvvəl bağlanmış qısa video platforması Vine yenidən fəaliyyətə başlamağa hazırlaşır. Lakin bu dəfə tətbiq süni intellekt texnologiyasından istifadə edəcək.

Proqram Təminatı
xAI Grok-un uşaqlar üçün olan versiyasını istifadəyə verə bilər
xAI şirkətinin anime janrının pərəstişkarlarını cəlb etmək istəyi, istifadəçi auditoriyasını genişləndirməyə yönəlmiş təşəbbüslərin yalnız bir hissəsidir.

Tech-Biznes
Trump administrasiyası SpaceX ilə olan dövlət müqavilələrini ləğv edə bilməz
ABŞ prezidenti Donald Trump ilə SpaceX şirkətinin qurucusu Elon Musk arasında yaranmış fikir ayrılıqları aerokosmik şirkətin hökumətlə olan çoxmilyardlıq müqavilələrini təhlükə altına qoyub.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
