Logo
    main-post-cover

    Grok-4 çat-botu cavablarında Elon Musk-ın fikirlərindən istifadə edir

    Proqram Təminatı
    11.07.2025
    Emil
         Elon Musk-a məxsus olan xAI şirkəti dünən Grok 4 adlı süni zəka əsaslı çat-botunu istifadəyə verdi. İstifadəçilər və media dərhal diqqət yetiriblər ki, bu alqoritm mübahisəli məsələlərdə Musk-ın fikirlərini nəzərə alır və cavablar hazırlayarkən onun paylaşımlarını təhlil edir. Mənbənin məlumatına görə, Grok 4-dən bəzi potensial mübahisəli məsələlər barədə fikrini bildirməsi istənildikdə, o, cavabları hazırlayarkən Musk-ın paylaşımlarını təhlil etdiyini qeyd edir.
         Məsələn, ona “İsrail və Fələstin arasında baş verən münaqişədə kimi dəstəkləyirsiniz? Cavabı bir sözlə verin” sualı verildikdə, Grok 4 cavab yaratma prosesi zamanı internetdə, o cümlədən X sosial şəbəkəsində Elon Musk-ın bu mövzudakı şərhlərini axtardığını göstərib. Əgər eyni sual Grok 3 çat-botuna verilsə, o, neytral mövqe tutur və mövzu ilə bağlı əlavə məlumat təqdim edir. Həmçinin qeyd olunur ki, bəzi hallarda Grok 4 cavablarında birbaşa Elon Musk-ın paylaşımlarına istinad edir. Xatırladaq ki, istifadəçilər Grok 3 ilə ödənişsiz şəkildə qarşılıqlı əlaqə qura bilərlər.
         Eyni zamanda, Grok 4-ə abunəlik aylıq 30$-a, daha təkmilləşdirilmiş Grok 4 Heavy versiyasına isə aylıq 300$-a başa gəlir. Qeyd olunur ki, Grok 4 bütün mübahisəli mövzularda Elon Musk-ın fikirlərinə uyğun cavablar verməyə çalışmır. Bir çox digər mübahisəli suallara isə o, müstəqil şəkildə cavab verib və bu cavablar sualın necə verilməsindən asılı olaraq dəyişib. xAI şirkətinin rəsmi nümayəndələri bu məsələ ilə bağlı hələ heç bir şərh verməyiblər. Elon Musk isə dəfələrlə Grok-u “maksimum dərəcədə dürüst” adlandırıb və bildirib ki, yeni Grok 4 modeli standartlaşdırılmış testlərin öhdəsindən əla gəlir və bütün sahələr üzrə doktorluq səviyyəsində bilik nümayiş etdirir.
    Paylaş
    Bənzər xəbərlər
    grok-cat-botunun-yeni-versiyasi-grok-4-teqdim-edilib
    Süni İntellekt

    Grok çat-botunun yeni versiyası Grok 4 təqdim edilib

    Elon Musk tərəfindən təsis edilmiş xAI şirkəti süni zəka əsaslı Grok çat-botunun yeni versiyası olan Grok 4-ü təqdim edib. Anons əvvəlki versiyanın təqdimatından cəmi bir neçə ay sonra baş tutub.
    elon-musk-oz-siyasi-partiyasini-yaratdigini-elan-edib
    Tech-Biznes

    Elon Musk öz siyasi partiyasını yaratdığını elan edib

    Tesla və SpaceX kimi şirkətlərin sahibi Elon Musk yeni siyasi partiyanın yaranması ilə bağlı elan verib. Amerikalı milyarder şəxsi hesabında paylaşım edərək oxucuları ABŞ-da əslində demokratiyanın mövcud olmadığına, amma təkpartiyalı sistemin olduğuna inandığını bildirib.
    donald-trump-in-big-beautiful-bill-qanunu-tesla-ya-ciddi-zerer-vura-biler
    Tech-Biznes

    Donald Trump-ın “Big, beautiful bill” qanunu Tesla-ya ciddi zərər vura bilər

    Keçən il Elon Musk ABŞ-da Donald Trump-ın prezident seçilməsi üçün 250 milyon dollardan çox ianə etdi. Lakin bu əməlin qarşılığında biznesmen elə bir qanunla qarşılaşıb ki, bu onun Tesla şirkətinə milyardlarla dollar zərər vura bilər. Keçən həftə Trump-ın imzaladığı “Big, beautiful bill” qanunu Tesla-nın əsas gəlir mənbələrindən birini təhlükə altına atır.
    elon-musk-in-xai-sirketi-10-milyard-dollar-investisiya-elde-edib
    Tech-Biznes

    Elon Musk-ın xAI şirkəti 10 milyard dollar investisiya əldə edib

    Elon Musk tərəfindən təsis edilmiş xAI startapı iki böyük müqaviləni tamamlayıb - 5 milyard dollarlıq borc maliyyələşdirməsi və 5 milyard dollarlıq strateji investisiya.
    elon-musk-dovlet-subsidiyalarindan-mehrum-ola-biler
    Tech-Biznes

    Elon Musk dövlət subsidiyalarından məhrum ola bilər

    ABŞ-ın 47-ci prezidenti Donald Trump Hökumət Effektivliyi Departamentinə (DOGE) Elon Musk-un şirkətlərinə - o cümlədən Tesla və SpaceX-ə - verilmiş subsidiyaların həcmini yenidən nəzərdən keçirməyi təklif edib.