
Elon Musk öz siyasi partiyasını yaratdığını elan edib
Tech-Biznes
07.07.2025
Emil
Tesla və SpaceX kimi şirkətlərin sahibi Elon Musk yeni siyasi partiyanın yaranması ilə bağlı elan verib. Amerikalı milyarder şəxsi hesabında paylaşım edərək oxucuları ABŞ-da əslində demokratiyanın mövcud olmadığına, amma təkpartiyalı sistemin olduğuna inandığını bildirib. ABŞ-da azadlığa aparacaq bir yol kimi Musk “Amerika Partiyası”nın yaradıldığını elan edib. Qeyd edək ki, Musk Ağ Evin rəhbəri Donald Trump ilə açıq şəkildə mübahisə edib.

Halbuki ötən ilin yazına qədər dünyanın ən varlı adamı Trump-ı seçki kampaniyasının bütün mərhələlərində fəal şəkildə dəstəkləyib və Trump-ın yeni prezidentlik dövrünün ilk aylarında ona yardım edib. Lakin sonradan Musk Vaşinqton administrasiyasının yeni qanun layihələrini hədəfə alaraq ard-arda sərt tənqidlər səsləndirdi. Bundan sonra 79 yaşlı siyasətçi açıq şəkildə bildirdi ki, iş adamı həm müqavilələrdən, həm də dəstəkdən məhrum qala bilər, vəziyyət çox irəliləyərsə, Musk deportasiya olunan şəxslər arasında da yer ala bilər.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Donald Trump-ın “Big, beautiful bill” qanunu Tesla-ya ciddi zərər vura bilər
Keçən il Elon Musk ABŞ-da Donald Trump-ın prezident seçilməsi üçün 250 milyon dollardan çox ianə etdi. Lakin bu əməlin qarşılığında biznesmen elə bir qanunla qarşılaşıb ki, bu onun Tesla şirkətinə milyardlarla dollar zərər vura bilər. Keçən həftə Trump-ın imzaladığı “Big, beautiful bill” qanunu Tesla-nın əsas gəlir mənbələrindən birini təhlükə altına atır.

Tech-Biznes
Elon Musk dövlət subsidiyalarından məhrum ola bilər
ABŞ-ın 47-ci prezidenti Donald Trump Hökumət Effektivliyi Departamentinə (DOGE) Elon Musk-un şirkətlərinə - o cümlədən Tesla və SpaceX-ə - verilmiş subsidiyaların həcmini yenidən nəzərdən keçirməyi təklif edib.

Tech-Biznes
X bu il rəqəmsal portmanat və investisiyalar imkanını işə salacaq
Sosial şəbəkə X təkcə ünsiyyət platforması olmaqla kifayətlənmək deyil, həm də tam funksiyalı rəqəmsal maliyyə əməliyyatları mərkəzinə çevrilmək niyyətindədir.

Tech-Biznes
Elon Musk-a məxsus xAI şirkətinin aylıq xərci 1 milyard dollar təşkil edir
Elon Musk-a məxsus xAI şirkəti hər ay 1 milyard dollar xərcləyir. Bu, şirkətin qabaqcıl süni zəka modellərinin yaradılması üçün çəkdiyi xərclərin gəlirlərini xeyli üstələdiyini göstərir.

Elm & Texnologiya
Elon Musk Beynəlxalq Kosmik Stansiyanı tez zamanda okeanda batırmağı təklif edib
Elon Musk Roskosmos-un Beynəlxalq Kosmik Stansiyanı (BKS) hermetikliyin itirilməsindən qorumaq üçün stansiyanın çatlayan gövdəsini mütəmadi olaraq hermetik vasitə ilə işləməsinə inanmaqdan imtina edir.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
