Logo
    main-post-cover

    Google Messages-də göndərilmiş mesajların silinməsi funksiyası istifadəyə verilib

    Proqram Təminatı
    20.08.2025
    Emil
         Android-in son versiyalarında Messages tətbiqi üçün sınaq rejimində yeni funksiya peyda olub. Bu, standart ünsiyyət vasitəsini messencerlərə yaxınlaşdırır və istifadəçiyə səhvən yanlış kontakta mesaj göndərdiyi və ya sadəcə yazdığını bölüşməkdən vaz keçdiyi halda düzəliş etmək imkanı verir. Söhbət? artıq göndərilmiş mesajı silmək imkanından gedir. Bunun üçün göndərilmiş mesajı seçmək, sonra isə zibil qutusu ikonuna toxunaraq təklif olunan variantlardan birini seçmək kifayətdir - “Delete for everyone” və ya “Delete for me”. Birinci halda, mesaj yalnız qarşı tərəf onu oxumağa macal tapmayıbsa, onun ekranından da silinəcək. Qeyd etmək lazımdır ki, adi SMS-lərdə bu funksiya texnologiyanın məhdudiyyətlərinə görə işləməyəcək. Lakin bəzi RCS yazışma istifadəçiləri artıq bu yeni imkanı sınaqdan keçirə bilirlər. Məlumata görə, mesajların silinməsi funksiyası ilk dəfə fevral ayında peyda olub, lakin geniş yayılmağa yalnız indi başlayıb.
    Paylaş
    Bənzər xəbərlər
    google-translate-tercumenin-deqiqliyini-artirmaq-ucun-gemini-den-istifade-edecek
    Proqram Təminatı

    Google Translate tərcümənin dəqiqliyini artırmaq üçün Gemini-dən istifadə edəcək

    Google hazırda Translate tətbiqi üzərində təcrübələr aparır və Gemini-ni ora inteqrasiya etməklə məşğuldur. Google Translate artıq uzun müddətdir ki, şirkətin əsas xidmətlərində - Search, Google Lens və Circle to Search-də istifadə olunur.
    gemini-google-docs-daki-senedleri-seslendirmeyi-oyrenib
    Proqram Təminatı

    Gemini Google Docs-dakı sənədləri səsləndirməyi öyrənib

    Google-un tərtibatçıları istifadəçilər üçün faydalı ola biləcək yeni funksiyalar yaratmaq məqsədilə Gemini süni intellekt modelindən istifadə etməyə davam edirlər.
    google-flight-deals-suni-intellekt-funksiyasi-en-serfeli-ucus-reyslerini-tapmaqda-komek-edecek
    Proqram Təminatı

    Google Flight Deals süni intellekt funksiyası ən sərfəli uçuş reyslərini tapmaqda kömək edəcək

    Google yeni bir funksiya istifadəyə verib - Flight Deals. Bu, Google Flights-a inteqrasiya olunmuş süni intellekt alətidir və adi filtrlərdən fərqli olaraq, biletləri sizin təsvirinizə əsasən axtarır.
    google-translate-dillerin-oyrenilmesi-uzre-repetitora-cevrilecek
    Proqram Təminatı

    Google Translate dillərin öyrənilməsi üzrə repetitora çevriləcək

    Google Translate tətbiqinə istifadəçilərə xarici dilləri öyrənməkdə kömək edəcək yeni Practice funksiyası əlavə olunacaq. Jurnalistlər tətbiqin son versiyasında funksiyanı aktivləşdirə biliblər.
    google-dan-olan-startapin-lazer-interneti-deniz-ve-daglarda-100-gbits-suretinde-internet-baglantisini-temin-edib
    Elm & Texnologiya

    Google-dan olan startapın lazer interneti dəniz və dağlarda 100 Gbit/s sürətində internet bağlantısını təmin edib

    Alphabet-in Loon layihəsi əsasında yaradılan Aalyria şirkəti - hansı ki, Google hava şarları vasitəsilə əlçatmaz yerlərdə internetə çıxışı təmin etməyə çalışırdı - problemi həll etmək üçün yeni üsul təqdim edib.