Logo
    main-post-cover

    Google Translate tərcümənin dəqiqliyini artırmaq üçün Gemini-dən istifadə edəcək

    Proqram Təminatı
    20.08.2025
    Emil
         Google hazırda Translate tətbiqi üzərində təcrübələr aparır və Gemini-ni ora inteqrasiya etməklə məşğuldur. Google Translate artıq uzun müddətdir ki, şirkətin əsas xidmətlərində - Search, Google Lens Circle to Search-də istifadə olunur. Bu da onu mühüm proqram məhsuluna çevirir. Ona görə də Google-un onun inkişafı üzərində işləməsi təəccüblü deyil. Tətbiqin qarşıdakı yenilikləri arasında Duolingo üslubunda alət, daha axıcı söhbət rejimi və tərcümə dəqiqliyini artırmaq üçün tam süni intellekt yeniləməsi olacaq. Bu yeniləmələr artıq tətbiq edilməyə başlanılıb. Google Translate-in 9.15.114 versiyasının son təhlili isə gələcək funksional yeniliklər və interfeys təkmilləşdirmələri barədə məlumat verən kodu üzə çıxarıb. "Fast" rejimi gündəlik tapşırıqlar üçün əlverişlidir, "Advanced" rejim isə elmi tədqiqatlar kimi daha mürəkkəb mətnlərlə işləyərkən istifadə oluna bilər. Hazırda "Advanced" rejim yalnız ingilis-ispan və ingilis-fransız tərcümələrini dəstəkləyir. Gələcək yeniləmələrdə daha çox dil cütlüyünün dəstəklənəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər
    gemini-google-docs-daki-senedleri-seslendirmeyi-oyrenib
    Proqram Təminatı

    Gemini Google Docs-dakı sənədləri səsləndirməyi öyrənib

    Google-un tərtibatçıları istifadəçilər üçün faydalı ola biləcək yeni funksiyalar yaratmaq məqsədilə Gemini süni intellekt modelindən istifadə etməyə davam edirlər.
    google-flight-deals-suni-intellekt-funksiyasi-en-serfeli-ucus-reyslerini-tapmaqda-komek-edecek
    Proqram Təminatı

    Google Flight Deals süni intellekt funksiyası ən sərfəli uçuş reyslərini tapmaqda kömək edəcək

    Google yeni bir funksiya istifadəyə verib - Flight Deals. Bu, Google Flights-a inteqrasiya olunmuş süni intellekt alətidir və adi filtrlərdən fərqli olaraq, biletləri sizin təsvirinizə əsasən axtarır.
    google-translate-dillerin-oyrenilmesi-uzre-repetitora-cevrilecek
    Proqram Təminatı

    Google Translate dillərin öyrənilməsi üzrə repetitora çevriləcək

    Google Translate tətbiqinə istifadəçilərə xarici dilləri öyrənməkdə kömək edəcək yeni Practice funksiyası əlavə olunacaq. Jurnalistlər tətbiqin son versiyasında funksiyanı aktivləşdirə biliblər.
    google-dan-olan-startapin-lazer-interneti-deniz-ve-daglarda-100-gbits-suretinde-internet-baglantisini-temin-edib
    Elm & Texnologiya

    Google-dan olan startapın lazer interneti dəniz və dağlarda 100 Gbit/s sürətində internet bağlantısını təmin edib

    Alphabet-in Loon layihəsi əsasında yaradılan Aalyria şirkəti - hansı ki, Google hava şarları vasitəsilə əlçatmaz yerlərdə internetə çıxışı təmin etməyə çalışırdı - problemi həll etmək üçün yeni üsul təqdim edib.
    google-search-melumatlari-istifadecinin-ustunluk-verdiyi-menbelerden-vermeyi-oyrienib
    Proqram Təminatı

    Google Search məlumatları istifadəçinin üstünlük verdiyi mənbələrdən verməyi öyrıənib

    Süni intellektin geniş yayılmasına baxmayaraq, klassik axtarış sistemləri hələ də tamamilə istifadəçisiz qalmayıb. Lakin axtarışın keyfiyyəti ilə bağlı şikayətlərin sayı getdikcə artır.