Logo
    main-post-cover

    ChatGPT Search ciddi yeniləmə əldə edib

    Proqram Təminatı
    17.06.2025
    Emil
         OpenAI şirkəti ChatGPT-dəki daxili axtarış funksiyası üçün böyük bir yeniləmə təqdim edib. İndi sistem daha dəqiq cavablar verə bilir, uzun dialoqlarda daha yaxşı işləyir və şəkillər üzrə internet axtarışını dəstəkləyir. Daxili ilkin testlər göstərib ki, ChatGPT Search-in yeni versiyası istifadəçilər tərəfindən əvvəlki versiyaya nisbətən daha çox bəyənilir. Şirkətin verdiyi məlumata görə, yenilənmiş versiya konteksti daha yaxşı anlayır, təlimatlara daha dəqiq əməl edir və uzun söhbətlər zamanı özünü daha az təkrarlayır. Mürəkkəb sorğularda süni zəka bir neçə paralel axtarış apararaq ən optimal cavabı formalaşdırır. Bundan əlavə, yeni multimodal funksiya vasitəsilə istifadəçilər şəkil yükləyərək şəbəkə üzərindən məlumat axtara bilərlər.
         Lakin məlumata əsasən bu yeniləmənin çatışmazlıqları da var. Bəzi cavablar həddindən artıq uzun olur və sadə sorğularda ChatGPT bəzən lazımsız dərəcədə mürəkkəb izahlar təqdim edir. OpenAI bu problemin üzərində işlədiyini bildirib və eyni zamanda xəbərdarlıq edib ki, sistem hələ də mükəmməl deyil və səhvlərə yol verə bilər, buna görə istifadəçilər əldə olunan məlumatları əlavə olaraq yoxlamalıdırlar. Dəyişikliklər axtarış nəticələrinin göstərilməsi prinsipinə də təsir edib. İstifadəçiləri xarici saytlara yönləndirmək əvəzinə, ChatGPT indi cavabları mümkün qədər öz interfeysində tam şəkildə təqdim etməyə çalışır.
         Bir tərəfdən bu, istifadəçilər üçün rahatlıq yarada bilər, digər tərəfdən isə informasiya resursları üçün trafik itkisinə səbəb olacaq. OpenAI bir sıra media qurumları ilə, o cümlədən Associated Press, Axel Springer, Financial Times, Reuters Vox Media ilə lisenziya müqavilələri bağlayıb. Digər saytlar üçün isə şirkət məlumatların indeksləşdirilməsinə robots.txt faylı vasitəsilə icazə verməyi tövsiyə edir. Lakin aparılan tədqiqatlar göstərir ki, süni zəka əsaslı axtarış sistemləri ənənəvi axtarış sistemləri ilə müqayisədə saytlara xeyli az keçid yaradır. Buna görə də bir çox resurslar əksinə olaraq, öz saytlarına süni zəka botlarının keçid etməsini qadağan etməyə üstünlük verə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər
    butun-cat-botlarin-ortaq-problemi-teyin-edilib
    Süni İntellekt

    Bütün çat-botların ortaq problemi təyin edilib

    Süni zəka sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlər böyüməkdə olan bir problemi həll etməyə çalışırlar. Söhbət, çat-botların insanlara eşitmək istədiklərini demələrindən gedir.
    chatgpt-nin-bir-sorguya-hansi-miqdarda-sudan-istifade-etdiyi-aciqlanib
    Süni İntellekt

    ChatGPT-nin bir sorğuya hansı miqdarda sudan istifadə etdiyi açıqlanıb

    OpenAI-nin baş direktoru Sam Altman öz bloqunda ChatGPT çat-botunun nə qədər resurs istehlak etdiyini açıqlayan bir məqalə dərc edib.
    openai-illik-10-milyard-dollar-gelir-tempine-catib
    Tech-Biznes

    OpenAI illik 10 milyard dollar gəlir tempinə çatıb

    ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti elan edib ki, onun illik gəliri cari tempə əsasən 10 milyard dollara çatıb. Bu rəqəm 2024-cü ilin dekabrında qeydə alınmış 5.5 milyard dollarlıq göstəricidən demək olar ki, 2 dəfə çoxdur.
    openai-o3-pro-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    OpenAI o3-pro süni zəka modelini təqdim edib

    OpenAI süni zəka modelinin təkmilləşdirilmiş versiyası olan o3-pro modelini təqdim edib. Bu model əvvəlki o3 versiyası ilə müqayisədə daha inkişaf etmiş və güclüdür.
    microsoft-istifadecilerin-chatgpt-den-istifadelerine-gore-gelir-elde-edir
    Tech-Biznes

    Microsoft istifadəçilərin ChatGPT-dən istifadələrinə görə gəlir əldə edir

    Görünür, son aylar ərzində Microsoft və OpenAI arasında milyardlarla dollarlıq tərəfdaşlıq zəifləyib, çünki hər iki şirkət bir-birindən asılılığı azaltmağa çalışır. Gələcəkdə bu münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin Microsoft-un baş direktoru Satya Nadella vəziyyətə aydınlıq gətirib.