Logo
    main-post-cover

    OpenAI o3-pro süni zəka modelini təqdim edib

    Süni İntellekt
    11.06.2025
    Emil
         OpenAI süni zəka modelinin təkmilləşdirilmiş versiyası olan o3-pro modelini təqdim edib. Bu model əvvəlki o3 versiyası ilə müqayisədə daha inkişaf etmiş və güclüdür. Yeni model məntiqi düşüncə tələb edən çətin tapşırıqları yerinə yetirmək üçün hazırlanıb və proqramlaşdırma da daxil olmaqla bir çox sahədə istifadə oluna bilər. o3-pro məntiqi nəticə çıxarma qabiliyyətinə malik modellər kateqoriyasına aiddir. o3-pro modelinə ChatGPT Pro Team abunəçiləri üçün 10 iyun tarixindən etibarən çıxış imkanı açılıb. Məlumata əsasən Enterprise Edu kateqoriyasına aid korporativ müştərilər üçün isə modelə giriş gələn həftə açılacaq. Eyni zamanda, tərtibatçılar üçün də API artıq istifadəyə verilib.
         Ekspert qiymətləndirməsi zamanı o3-pro modeli bütün test olunan kateqoriyalarda əvvəlki o3 modeli ilə müqayisədə daha yüksək nəticələr göstərib. Xüsusilə elm, təhsil, proqramlaşdırma, biznes və mətn yazarlığı sahələrində üstünlük nümayiş etdirib. OpenAI-nin açıqlamasına görə, model cavabların aydınlığı, dolğunluğu və dəqiqliyi, o cümlədən təlimatlara uyğunluq baxımından da daha yüksək qiymətləndirilib. o3-pro əlavə funksiyaları da dəstəkləyir: Veb-axtarış, fayl analizi, vizual məlumatların emalı, Python proqramlaşdırma dili ilə işləmə və yaddaşa əsaslanan cavabların fərdiləşdirilməsi. Lakin qeyd olunur ki, bu yeni modelin cavab yaratma sürəti əvvəlki o1-pro modelindən aşağıdır. Daxili benchmark testlərində o3-pro yüksək göstəricilər əldə edib. Məsələn, 2024-cü il AIME riyaziyyat testində model Google Gemini 2.5 Pro-nu üstələyib.
         Bundan əlavə, Anthropic şirkətinin Claude 4 Opus modelinin son versiyası ilə müqayisədə, o3-pro PhD səviyyəsində təbii elmlər üzrə bilikləri yoxlayan GPQA Diamond testində daha yaxşı nəticə göstərib. Hazırda o3-pro modelinin bəzi məhdudiyyətləri mövcuddur. ChatGPT-də model ilə müvəqqəti söhbətlər texniki nasazlıq səbəbindən aktiv deyil və bu problemin yaxın vaxtlarda OpenAI mütəxəssisləri tərəfindən aradan qaldırılması planlaşdırılır. Bundan əlavə, model görüntü yaratma funksiyasını dəstəkləmir və OpenAI-nin süni zəka əsaslı iş mühiti olan Canvas funksiyası ilə uyğun deyil. İstifadə qiymətinə gəlincə, 1 milyon giriş tokeni üçün ödəniş 20$, 1 milyon çıxış tokeni üçün isə 80$-dır. 1 milyon giriş tokeni təxminən 750 000 sözə bərabərdir. Məsələn, bu həcm Lev Tolstoy-un "Müharibə və Sülh" romanının mətnindən bir qədər çoxdur.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    anthropic-abs-herbcileri-ve-kesfiyyati-ucun-suni-zeka-modelleri-hazirlayib
    Süni İntellekt

    Anthropic ABŞ hərbçiləri və kəşfiyyatı üçün süni zəka modelləri hazırlayıb

    Anthropic şirkəti ABŞ-ın müdafiə və kəşfiyyat agentlikləri üçün xüsusi olaraq hazırlanmış məhsulunu təqdim edib. Claude Gov modelləri sərt mənəvi-etik məhdudiyyətlərdən azaddır və məxfi məlumatları daha yaxşı analiz etmək bacarığına malikdirlər.
    microsoft-istifadecilerin-chatgpt-den-istifadelerine-gore-gelir-elde-edir
    Tech-Biznes

    Microsoft istifadəçilərin ChatGPT-dən istifadələrinə görə gəlir əldə edir

    Görünür, son aylar ərzində Microsoft və OpenAI arasında milyardlarla dollarlıq tərəfdaşlıq zəifləyib, çünki hər iki şirkət bir-birindən asılılığı azaltmağa çalışır. Gələcəkdə bu münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin Microsoft-un baş direktoru Satya Nadella vəziyyətə aydınlıq gətirib.
    suni-zekani-tamamile-pulsuz-kontentler-vasitesile-yaratmaq-mumkundur
    Süni İntellekt

    Süni zəkanı tamamilə pulsuz kontentlər vasitəsilə yaratmaq mümkündür

    Süni zəka sahəsində ixtisaslaşmış şirkətlər iddia edirlər ki, onların layihələrini müəllif hüquqları ilə qorunan materiallar olmadan yaratmaq mümkün olmazdı. Lakin ABŞ və digər ölkələrdən olan bir qrup alim sübut edib ki, belə şəraitdə də süni zəkanın hazırlanması mümkündür, baxmayaraq ki, bu proses daha çətindir.
    abs-suni-zeka-tehlukesizliyi-institutunun-fealiyyeti-artiq-suni-zeka-tehlukesizliyine-yonelmeyib
    Süni İntellekt

    ABŞ Süni Zəka Təhlükəsizliyi İnstitutunun fəaliyyəti artıq süni zəka təhlükəsizliyinə yönəlməyib

    ABŞ Ticarət Nazirliyi ona tabe olan Süni Zəka Təhlükəsizliyi İnstitutunun (AI Safety Institute) adını dəyişərək Süni Zəka Standartları və İnnovasiyalar Mərkəzi (Center for AI Standards and Innovation - CAISI) adlandırıb. Bununla da qurumun diqqət mərkəzi birbaşa süni zəkanın təhlükəsizliyindən çıxaraq, milli təhlükəsizliyə təhdidlərlə mübarizə və xarici ölkələrdə çətin və lazımsız tənzimləmələrin aradan qaldırılması istiqamətinə yönəlib.
    suni-zeka-ilk-defe-dronlarin-yarisinda-insanlari-geride-qoyub-video
    Süni İntellekt

    Süni zəka ilk dəfə dronların yarışında insanları geridə qoyub (VİDEO)

    Niderlandın Delft Texniki Universitetindən bir qrup alim avtopilot rejimində işləyən dronlar sahəsində əlamətdar bir hadisəni qeyd edib. Belə ki, süni zəka tərəfindən idarə olunan uçan aparat beynəlxalq yarışda ilk dəfə insan pilotları qabaqlaya bilib.