Logo
    main-post-cover

    ABŞ hökuməti Huawei HarmonyOS-in qlobal yayılmasını dayandırmaq istəyir

    Proqram Təminatı
    19.05.2025
    Emil
         ABŞ Nümayəndələr Palatasının iki üzvü administrasiyaya məktub ünvanlayaraq müttəfiqlərlə birlikdə Huawei şirkətinin HarmonyOS əməliyyat sisteminin Çin xaricində yayılmasının qarşısını almağa çağırıblar. Qanunvericilər hesab edirlər ki, bu platforma kibercasusluq və Çin hökumətinin rəqəmsal nəzarətini gücləndirmək üçün istifadə oluna bilər. Məktubu Nümayəndələr Palatasının Çin Kommunist Partiyası üzrə Xüsusi Komitəsinin aparıcı üzvləri John MoolenaarRaja Krishnamoorthi imzalayıblar. Sənəd 2025-ci il mayın 16-da dövlət katibi Marco Rubio-ya, ticarət naziri Howard Lutnick-ə və Federal Rabitə Komissiyasının sədri Brendan Carr-a göndərilib.
         Məktubda vurğulanır ki, HarmonyOS təkcə smartfonlarda deyil, həm də planşetlərdə, kompüterlərdə, avtomobillərdə və ağıllı ev qurğularında istifadə olunur. Qanunvericilər ehtiyat edirlər ki, Çin xüsusi xidmət orqanları sistemin yeniləmələrindən məlumat toplama alətlərini yerləşdirmək üçün istifadə edə bilərlər. Həmçinin qeyd olunur ki, Huawei yerli qanunvericiliyə əsasən Çin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməyə məcburdur. Məktubun müəllifləri HarmonyOS-in arxitekturasının və ilkin mənbə kodunun diqqətlə araşdırılmasına, habelə bu platformadan istifadənin yaratdığı risklər barədə müttəfiqlərin xəbərdar edilməsinə çağırırlar.
         Onlar mümkün milli təhlükəsizlik təhdidlərindən yayınmaq üçün etibarlı əməliyyat sistemlərinə üstünlük verilməsini tövsiyə edirlər. ABŞ daha əvvəl Huawei-yə qarşı bir sıra məhdudiyyətlər tətbiq etmişdi. Bunlara şirkətin avadanlıqlarının hökumət şəbəkələrində istifadəsinin qadağan olunması və Huawei-nin Ticarət Nazirliyinin qara siyahısına salınması daxildir. Lakin sanksiyalara baxmayaraq, Huawei HarmonyOS sistemini inkişaf etdirməyə davam edir və bu əməliyyat sistemi ilə işləyən ilk kompüteri təqdim etməyi, həmçinin Toyota BMW kimi avtomobil istehsalçıları ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər
    huawei-berlinde-yeni-nesil-bileye-taxilan-cihazlarin-model-xettini-teqdim-etdi-ve-bununla-da-bileye-taxilan-innovativ-qurgularin-yeni-dovrunun-baslandigini-elan-etdi
    Cihazlar+

    Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdi və bununla da biləyə taxılan innovativ qurğuların yeni dövrünün başlandığını elan etdi

    Bugün Berlində keçirilən innovativ məhsulların təqdimat tədbirində Huawei “Gələcək bugündür” konsepsiyası çərçivəsində bir sıra yeni cihazlar və qabaqcıl texnologiyalarını təqdim etdi. Müasir texnologiya nailiyyətlərini zərif dizaynla birləşdirən Huawei, gələcəyin daha ağıllı və estetik baxış nöqtəsini formalaşdırır.
    huawei-watch-5-agilli-saati-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

    Huawei yeni Watch 5 ağıllı saatını təqdim edib. Ağıllı saat iki versiyada təqdim olunub. Birinci versiya 42 mm diametrli gövdəyə, ikinci versiya isə 46 mm diametrli gövdəyə sahibdir.
    huawei-harmonyos-in-komputerler-ucun-versiyasi-anons-edilib
    Proqram Təminatı

    Huawei HarmonyOS-in kompüterlər üçün versiyası anons edilib

    Huawei şirkəti HarmonyOS Computer Technology and Ecosystem Communication Conference adlı konfrans keçirib və bu konfrans çərçivəsində geniş ictimaiyyətə HarmonyOS əməliyyat sisteminin kompüterlər üçün nəzərdə tutulmuş versiyası rəsmi şəkildə anons olunub.
    teqdimata-hazirlasan-huawei-watch-5-agilli-saatinin-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Təqdimata hazırlaşan Huawei Watch 5 ağıllı saatının render fotoları təqdim edilib

    Huawei Watch 5 elan edildikdən qısa müddət sonra internetdə bu ağıllı saat modelinə aid insayder görüntülər yayımlanıb. Bu görüntülər cihazın müxtəlif gövdə rənglərindəki görünüşünü detallı şəkildə qiymətləndirməyə imkan verir.
    huawei-cinin-qatlana-bilen-smartfon-bazarinin-yarisini-ele-kecirib
    Cihazlar+

    Huawei Çinin qatlana bilən smartfon bazarının yarısını ələ keçirib

    Huawei təkcə Çində qatlana bilən smartfonlar bazarına dominantlıq etməklə kifayətlənmir, həm də liderliyini daha da möhkəmləndirir.