Logo
    main-post-cover

    Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    15.05.2025
    Emil
         Huawei yeni Watch 5 ağıllı saatını təqdim edib. Ağıllı saat iki versiyada təqdim olunub. Birinci versiya 42 mm diametrli gövdəyə, ikinci versiya isə 46 mm diametrli gövdəyə sahibdir. Hər iki variant zərif dizaynı, sağlamlıq monitorinqi və idmanla məşğul olmaq üçün qabaqcıl texnologiyaları ilə seçilir. Həmçinin, cihazlar eSIM texnologiyasını dəstəkləyir, bu da mobil şəbəkələrə müstəqil qoşulmağa imkan verir. Huawei Watch 5-in baza modelləri 316L paslanmayan poladdan hazırlanmış gövdəyə və kompozit materialdan hazırlanmış arxa qapağa malikdir.
         Daha bahalı versiyalar isə keramik arxa qapaqla, 42 mm modellərdə 904L paslanmayan polad gövdə ilə və 46 mm modellərdə isə titan ərintisindən hazırlanmış gövdə ilə təchiz olunub. Bütün Huawei Watch 5 modellərində gövdə 5 atmosferə qədər təzyiqə davamlı suya davamlılıq sertifikatına malikdir, bu da 50 metr dərinliyə qədər suya enməyə imkan verir. Saatlar növbəti sensorlarla təchiz olunub: Akselerometr, hiroskop, kompas, EKQ sensoru, dərinlik, işıq və temperatur sensorları, barometr. Smart saatlar aşağıdakı texnologiyaları dəstəkləyir:
    - 3G 4G mobil şəbəkələr (eSIM vasitəsilə),
    - Wi-Fi modulları (2.4 və 5 GHz),
    - Bluetooth 5.2 (140 metrədək məsafə),
    - NFC (təmassız ödənişlər üçün),
    - Peyk naviqasiyası.
         42 mm-lik Huawei Watch 5 modelinin ölçüləri: 42 x 42 x 10.5 mm. Bu model 466x466 piksel keyfiyyətli 1.38 düym ölçülü ekranla təchiz olunub. O özündə 540 mAh enerji tutumlu batareyanı birləşdirir. Şirekət bildirib ki, bu model 100% enerjini təxminən 65 dəqiqəyə yığır və 3-7 gün arasında çalışma imkanı verir. 46 mm-lik Huawei Watch 5 modelinin ölçüləri 46 x 46 x 11.3 mm təşkil edir. Bu model 466x466 piksel keyfiyyətli 1.5 düym ölçülü AMOLED ekranla təchiz olunub. O özündə 867 mAh enerji tutumlu batareyanı birləşdirir. 46 mm-lik modeli istifadə rejimindən asılı olaraq 7 gündən 11 günə qədər avtonom şəkildə çalışa bilir. Onun tam şarj müddəti təxminən 100 dəqiqə təşkil edir. Huawei Watch 5 ağıllı saatı 29 may tarixində satışa çıxacaq və onun qiyməti 449 avrodan start götürəcək.
    Mənbə: GSMarena
    Paylaş
    Bənzər xəbərlər
    huawei-harmonyos-in-komputerler-ucun-versiyasi-anons-edilib
    Proqram Təminatı

    Huawei HarmonyOS-in kompüterlər üçün versiyası anons edilib

    Huawei şirkəti HarmonyOS Computer Technology and Ecosystem Communication Conference adlı konfrans keçirib və bu konfrans çərçivəsində geniş ictimaiyyətə HarmonyOS əməliyyat sisteminin kompüterlər üçün nəzərdə tutulmuş versiyası rəsmi şəkildə anons olunub.
    teqdimata-hazirlasan-huawei-watch-5-agilli-saatinin-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Təqdimata hazırlaşan Huawei Watch 5 ağıllı saatının render fotoları təqdim edilib

    Huawei Watch 5 elan edildikdən qısa müddət sonra internetdə bu ağıllı saat modelinə aid insayder görüntülər yayımlanıb. Bu görüntülər cihazın müxtəlif gövdə rənglərindəki görünüşünü detallı şəkildə qiymətləndirməyə imkan verir.
    huawei-cinin-qatlana-bilen-smartfon-bazarinin-yarisini-ele-kecirib
    Cihazlar+

    Huawei Çinin qatlana bilən smartfon bazarının yarısını ələ keçirib

    Huawei təkcə Çində qatlana bilən smartfonlar bazarına dominantlıq etməklə kifayətlənmir, həm də liderliyini daha da möhkəmləndirir.
    orta-budceli-huawei-enjoy-80-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Orta büdcəli Huawei Enjoy 80 smartfonu təqdim edilib - QİYMƏTİ

    Huawei şirkəti Enjoy 80 adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Şirkətin bu yeni orta büdcəli smartfonu böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir.
    huawei-dunyanin-ilk-10-gbit-suretli-internetini-istifadeye-verib
    Elm & Texnologiya

    Huawei dünyanın ilk 10 Gbit sürətli internetini istifadəyə verib

    Çində ilk dəfə olaraq bir şəhər təxminən 10 000 Mbit/s sürətində olan genişzolaqlı internetə keçid edib. Bu uğura paytaxt Pekinin ətrafında yerləşən Syun’an adlı yaşayış məntəqəsi nail olub.