Logo
    main-post-cover

    Tesla Cybertruck-a tələbatın aşağı düşdüyünü təsdiqləyib

    Nəqliyyat
    04.07.2025
    Emil
         Tesla 2025-ci ilin ikinci rübü üzrə çatdırılma göstəricilərini açıqlayıb və bu hesabatda Cybertruck elektrik pikapına olan tələbatın azalmağa davam etdiyini təsdiqləyib. Şirkətin məlumatlarına görə, hazırda Cybertruck-ın rüblük satışı təxminən 5000 ədədə düşüb. Halbuki əvvəllər bu modelin 10 qat daha çox istehsalı planlaşdırılırdı. Tesla-nın hesabatında qeyd olunur ki, 2025-ci ilin ikinci rübündə digər modellər kateqoriyasına daxil olan 13 409 ədəd elektromobil istehsal edilib. Bura Model S, Model X, Cybertruck və Semi yük elektromobilləri daxildir. Bu elektromobillərdən yalnız 10 394 ədədi müştərilərə çatdırılıb. Bu göstərici 2024-cü ildəki pik səviyyənin yarısından da azdır. Həmin vaxt şirkət hələ də əvvəlcədən verilmiş Cybertruck sifarişlərini yerinə yetirirdi.
         Əvvəllər Cybertruck-ın ildə 250 000 ədəd istehsalı planlaşdırılsa da, hazırkı vəziyyət tam fərqlidir. İllik istehsal həcmi 20 000-ə düşüb. Buna baxmayaraq, Tesla stimullaşdırıcı tədbirləri artırıb. Məsələn, 7500$ məbləğində vergi güzəşti təqdim olunur. Lakin Electrek nəşrinin yazdığına görə, bu da alıcı marağını geri qaytarmağa kömək etməyib. Qeyd olunası məqam odur ki, digər modellər kateqoriyasına aid elektromobillərin hazırkı satış səviyyəsi hətta 2023-cü ilin birinci rübündəkindən də aşağıdır. Həmin vaxt Cybertruck hələ bu kateqoriyaya daxil edilməmişdi.
         Analitiklərin qiymətləndirmələrinə görə, bu çatdırılmaların təxminən yarısı Model S və Model X modellərinə aiddir. Semi modelinin hələ kütləvi istehsal olunmadığını nəzərə alsaq, qalan yarısı təxminən Cybertruck-ın payına düşür. Diqqətəlayiqdir ki, rəqib şirkətlərin elektrik pikapları daha yaxşı satılır. 2025-ci ilin ikinci rübündə Ford, ötən illə müqayisədə satışları 26% azalsa da, 5842 ədəd elektrikli F-150 Lightning modelini sata bilib. General Motors (GM) da ümumi elektrik pikap çatdırılmaları üzrə Tesla-nı geridə qoyub: 3056 ədəd Silverado EV, 1524 ədəd GMC Sierra EV və 4508 ədəd Hummer EV (buraya off-road versiyaları da daxildir) çatdırılıb. Bu nəticələr şirkətlərin nümayəndələri tərəfindən açıqlanıb, lakin GM hansı hissənin məhz pikaplara aid olduğunu dəqiqləşdirməyib.
    Paylaş
    Bənzər xəbərlər
    tesla-robotaxi-xidmetinin-ilk-sinaqlarinda-coxlu-sayda-problemler-yasanib
    Nəqliyyat

    Tesla Robotaxi xidmətinin ilk sınaqlarında çoxlu sayda problemlər yaşanıb

    Bir müddət əvvəl Texas ştatının Ostin şəhərində başlanmış Tesla robotaksi xidmətinin ictimai sınaqları avtopilotun kifayət qədər yüksək sayda səhv hərəkətlər etdiyini göstərdi. Bu, sınağa şirkət tərəfindən xüsusi seçilmiş məhdud sayda blogerin cəlb olunmasına baxmayaraq baş verib.
    2050-ci-ile-qeder-suni-zeka-esasli-4-milyard-robot-movcud-olacaq
    Elm & Texnologiya

    2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq

    Yalnız NVIDIA-nın qurucusu deyil, digər texnologiya nəhəngləri də robototexnika məhsulları bazarının böyüməsinə böyük ümidlər bəsləyirlər. TrendForce-un Economic Daily News-a istinadən verdiyi məlumata görə, TSMC rəhbərliyi proqnozlaşdırır ki, 2030-cu ilə qədər süni zəka funksiyalı 1.3 milyard robot istismarda olacaq.
    tesla-robotaxi-xidmeti-artiq-abs-dovlet-orqaninin-diqqetini-oz-uzerine-cekib
    Nəqliyyat

    Tesla Robotaxi xidməti artıq ABŞ dövlət orqanının diqqətini öz üzərinə çəkib

    ABŞ-ın yol təhlükəsizliyindən cavabdeh olan qurumu - NHTSA ilə Tesla şirkəti arasındakı münasibətləri problemsiz adlandırmaq olmaz və Ostində pilotsuz taksi xidmətinin kommersiya istifadəsinə verilməsi bu problemləri daha da artırıb.
    tesla-robotaxi-xidmeti-texasda-istifadeye-verilib
    Nəqliyyat

    Tesla Robotaxi xidməti Texasda istifadəyə verilib

    Tesla şirkəti Texas ştatının Ostin şəhərində pilotsuz avtomobillərdən istifadə edən məhdud taksi xidmətinin işə salındığını elan edib. Bu barədə məlumat avtomobil istehsalçısının sosial şəbəkə X-dəki rəsmi hesabında paylaşılıb.
    tesla-nin-pilotsuz-taksi-xidmetinin-bu-ayin-sonunda-istifadeye-verilmesi-planlasdirilir
    Nəqliyyat

    Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır

    Adi bir izləyici üçün görünə bilər ki, Elon Musk sərvətini yerinə yetirilməyən vədlər üzərindən qazanıb. Lakin bu ay Tesla şirkətinin həyatında vacib bir hadisə baş verəcək.