Logo
    main-post-cover

    Tesla Robotaxi xidməti Texasda istifadəyə verilib

    Nəqliyyat
    23.06.2025
    Emil
         Tesla şirkəti Texas ştatının Ostin şəhərində pilotsuz avtomobillərdən istifadə edən məhdud taksi xidmətinin işə salındığını elan edib. Bu barədə məlumat avtomobil istehsalçısının sosial şəbəkə X-dəki rəsmi hesabında paylaşılıb. Şirkətin açıqlamasında deyilir: “Tesla Robotaxi artıq Texas ştatının Ostin şəhərində səfərlərə başlayıb”. Hazırda bu yeni xidmətdən hər kəs istifadə edə bilməyəcək. Xidmət yalnız Tesla tərəfindən dəvət almış şəxslər üçün əlçatan olacaq. Xidmət Ostinin müəyyən ərazilərində fəaliyyət göstərəcək və bu zonalarda şirkətə məxsus 10-20 elektromobil yerləşəcək. Robotaksini çağırmaq üçün xüsusi mobil tətbiq nəzərdə tutulub. Xidmət hər gün yerli vaxtla saat 06:00-dan 00:00-a qədər fəaliyyət göstərir.
         Əlavə təhlükəsizliyi təmin etmək məqsədilə səfərlər zamanı ön sərnişin oturacağında bir Tesla əməkdaşı yerləşəcək. Onun vəzifəsi fövqəladə vəziyyət yarandığı halda elektromobili xüsusi əmrlərdən - “təcili dayanma” və “kənara çəkilmə” -istifadə edərək istifadəçi interfeysi vasitəsilə dərhal dayandırmaqdır. Qeyd olunur ki, ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) hələ də robotaksi xidmətinin işə salınması və təhlükəsizlik məsələləri ilə bağlı Tesla-nın sorğu sənədlərinə verdiyi cavabları araşdırır. Maraqlıdır ki, bir müddət əvvəl Texasda avtonom mobilliklə bağlı qanun qəbul edilib. Bu qanuna əsasən, bütün operatorlar avtonom nəqliyyat vasitələrindən istifadə üçün rəsmi icazə almalıdırlar. Qanun bu ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək.
         Sənəddə ştat ərazisində dördüncü səviyyə avtonomluğa malik nəqliyyat vasitələrinin istifadəsinə icazə verilir. Lakin hazırda Tesla-nın avtopilotu ikinci səviyyəli sistem kimi təsnif edilir. Məhdudiyyətləri aşmaq üçün Tesla-nın robotlaşdırılmış sistemi xüsusi operator komandası tərəfindən dəstəklənəcək və lazım gəldikdə idarəetməni öz üzərinə götürəcək. Avtonomluğun dördüncü səviyyəsini təsdiqləyə bilən sistem Google-a məxsus olan Waymo robotaksi xidməti olub. Bu xidmət artıq Feniks, Los-Anceles, San-Fransisko və Ostin şəhərlərində fəaliyyət göstərir. Waymo 2025-ci ilin sonuna qədər xidmətini daha 10 şəhərə genişləndirməyi planlaşdırır. Hazırda Waymo-nun avtonom avtomobil parkında avtonom idarəetmə sistemləri ilə təchiz edilmiş təxminən 1500 ədəd Jaguar I-Pace avtomobili var.
    Paylaş
    Bənzər xəbərlər
    tesla-nin-pilotsuz-taksi-xidmetinin-bu-ayin-sonunda-istifadeye-verilmesi-planlasdirilir
    Nəqliyyat

    Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır

    Adi bir izləyici üçün görünə bilər ki, Elon Musk sərvətini yerinə yetirilməyən vədlər üzərindən qazanıb. Lakin bu ay Tesla şirkətinin həyatında vacib bir hadisə baş verəcək.
    tesla-nin-hindistanda-zavod-ise-salmagi-ehtimali-cox-azdir
    Tech-Biznes

    Tesla-nın Hindistanda zavod işə salmağı ehtimalı çox azdır

    Tesla-nın rəhbəri Elon Musk-ın Hindistanın baş naziri ilə görüşü vaxtilə ölkə ərazisində avtomobil yığım zavodunun yaradılacağına dair ümidlər doğurmuşdu. Lakin Hindistanın elektromobil idxalı sahəsində milli siyasət islahatlarına hazırlaşması fonunda məlum oldu ki, Tesla avtomobillərinin Hindistanda istehsalını yerli səviyyədə həyata keçirməyə tələsmir.
    elon-musk-abs-da-pilotsuz-neqliyyat-qanununu-ireliletmeye-baslayib
    Nəqliyyat

    Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb

    Elon Musk Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri və prezident Donald Trump-ın müşaviri kimi fəaliyyətindən uzaqlaşıb, lakin Vaşinqtondakı fəaliyyətini davam etdirir.
    tesla-nin-avropadaki-satislari-49-asagi-dusub
    Tech-Biznes

    Tesla-nın Avropadakı satışları 49% aşağı düşüb

    Müxtəlif mənbələr Tesla-nın vəziyyətinin nə qədər pis olduğunu bir-birinin ardınca xəbər verməyə tələsir. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası bildirib ki, aprel ayının yekunlarına görə, bu markanın Avropa və Böyük Britaniyadakı satışları 49% azalaraq 7261 ədəd olub.
    tesla-optimus-un-kecmis-rehberi-tesla-robotlari-istehsalatda-calismaga-yaramir
    Elm & Texnologiya

    Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"

    Tesla Optimus layihəsinin keçmiş rəhbəri Chris Walti, şirkətin insanabənzər (humanoid) robotlarının istehsalat xətlərində işləməyə uyğun olub-olmaması ilə bağlı şübhələrini ifadə edib.