
Sentyabrda Xiaomi-nin 9 smartfonunun dəstəyi dayandırılacaq
Cihazlar+
28.07.2025
Emil
Xiaomi mütəmadi şəkildə öz köhnə smartfonlarının dəstəklərini dayandırır. Şirkət bunu həmin cihazları özünün EoS (End of Support) siyahısına daxil etməklə edir. Qeyd etmək lazımdır ki, bu siyahıya daxil edilmiş cihazlar daha Android və təhlükəsizlik yenilənmələrini əldə etmirlər. İndi isə məlum olub ki, sentyabr ayında şirkətin ümumilikdə 9 smartfonunun rəsmi dəstəyi dayandırılacaq. Sentyabrda dəstəkləri dayandırılacaq smartfonlar Xiaomi, REDMI və POCO-nu əhatə edirlər. Siyahı isə aşağıdakı kimidir:
- Redmi A1
- Redmi A1+
- Poco C50
- Xiaomi 11T
- Xiaomi 11T Pro
- Xiaomi Mi 11 Lite 5G NE
- Xiaomi Mi 11 LE
- Poco M5
- Redmi 11 Prime 4G.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Orta büdcəli Redmi Note 14 SE 5G təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Redmi Note 14 SE 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib.

Cihazlar+
REDMI böyük həcmli batareyaya sahib smartfonun təqdimatına hazırlaşır
Xiaomi-nin REDMI brendi yeni smartfonunun təqdimatını anons edib. Təqdim olunacaq smartfonun adı və təqdimat tarixi qeyd edilməyib.

Nəqliyyat
Xiaomi YU7 rəsmi yürüş məsafəsindən daha az yol qət edir
Xiaomi-nin fəxrlə təqdim etdiyi YU7 elektromobilinin xüsusiyyətlərindən biri də güc qurğusunun yüksək səmərəliliyi idi. Şirkətin təsisçisi bildirib ki, YU7 krossoveri ilə cəmi bir dəfə şarj dayanacağı etməklə təxminən 1300 km yol qət edib.

Proqram Təminatı
Xiaomi Android 16-nı əldə etməyəcək smartfonlarının rəsmi siyahısını təqdim edib
Xiaomi, Android 16 əsasında yeni proqram təminatını almayacaq smartfonlarının siyahısını açıqlayıb.

Tech-Biznes
Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb
Dünya smartfon bazarına dair statistikanı təhlil etdikdən sonra IDC analitikləri keçmiş rüb üzrə Çin bazarının nəticələrini açıqlayıblar. Təxminən 4 ildən artıq fasilədən sonra Huawei Technologies şirkəti yenidən liderliyə yüksəlib.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
