
REDMI böyük həcmli batareyaya sahib smartfonun təqdimatına hazırlaşır
Cihazlar+
23.07.2025
Emil
Xiaomi-nin REDMI brendi yeni smartfonunun təqdimatını anons edib. Təqdim olunacaq smartfonun adı və təqdimat tarixi qeyd edilməyib. Lakin REDMI tərəfindən təqdim edilmiş posterdə smartfonun yan hissəsini və mAh yazısını görmək olar. mAh yazısı öz növbəsində smartfonun böyük həcmli batareyaya sahib olacağına işarə edir. Bəzi insayderlərin fikirlərinə əsasən bu yeni smartfon REDMI 15 ola bilər. Bunun həqiqətən də belə olub-olmadığı yaxın zamanda bilinəcək.

Paylaş
Bənzər xəbərlər

Nəqliyyat
Xiaomi YU7 rəsmi yürüş məsafəsindən daha az yol qət edir
Xiaomi-nin fəxrlə təqdim etdiyi YU7 elektromobilinin xüsusiyyətlərindən biri də güc qurğusunun yüksək səmərəliliyi idi. Şirkətin təsisçisi bildirib ki, YU7 krossoveri ilə cəmi bir dəfə şarj dayanacağı etməklə təxminən 1300 km yol qət edib.

Proqram Təminatı
Xiaomi Android 16-nı əldə etməyəcək smartfonlarının rəsmi siyahısını təqdim edib
Xiaomi, Android 16 əsasında yeni proqram təminatını almayacaq smartfonlarının siyahısını açıqlayıb.

Tech-Biznes
Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb
Dünya smartfon bazarına dair statistikanı təhlil etdikdən sonra IDC analitikləri keçmiş rüb üzrə Çin bazarının nəticələrini açıqlayıblar. Təxminən 4 ildən artıq fasilədən sonra Huawei Technologies şirkəti yenidən liderliyə yüksəlib.

Nəqliyyat
Xiaomi hibrid SUV üzərində çalışır
SU7 sedanının uğurlu təqdimatından və yeni YU7 krossoverinə olan yüksək tələbatdan sonra, Xiaomi üçüncü avtomobil modelini hazırlayır - bu dəfə tam elektrikli olmayan bir versiya. Çin sosial şəbəkələrində YU9 kod adı ilə tanınan modelin ilk casus fotoları yayılıb.

Cihazlar+
Büdcəli REDMI 15C-nin render fotosu ortaya çıxıb
Xiaomi-nin REDMI brendi yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, REDMI 15C-dən gedir. İndi isə sözügedən smartfonun keyfiyyətli render fotosu ortaya çıxıb.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
