
Samsung Galaxy S25 FE-nin ilk render fotoları təqdim edilib
Cihazlar+
21.06.2025
Emil
Samsung bu il Galaxy S25 FE subflaqman smartfonunu təqdim etməlidir. OnLeaks ləqəbli məşhur insayder öz növbəsində sözügedən smartfonun ilk render fotolarını və bəzi texniki imkanlarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, təqdim olunacaq Galaxy S25 FE modeli xarici görünüşcə ümumilikdə keçən ilki Galaxy S24 FE-dən heç də fərqlənməyəcək. İnsayder bildirib ki, Galaxy S24 FE ilə müqayisədə Galaxy S25 FE-nin gövdəsi bir qədər nazik olacaq. Belə ki, məlumatda qeyd edilib ki, Galaxy S25 FE-nin gövdə qalınlığı 7.4 mm təşkil edəcək. İnsayderin sözlərinə inansaq, yeni smartfon Snapdragon 8 Elite prosessoru əvəzinə Exynos 2400 prosessoru vasitəsilə çalışacaq. Üstəlik Galaxy S25 FE özündə 12 MP-lik ön kameranı birləşdirəcək. Smartfonun oktyabr və ya noyabr ayında təqdim olunacağı gözlənilir.



Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Samsung özünün zəlzələ bildirişi sistemini hazırlayır
Samsung, Google-un analoqundan daha geniş imkanlar təklif edən öz zəlzələ xəbərdarlıq sistemini hazırlayır. OneUI 8-in beta versiyasında istifadəçiləri seysmik hadisələr barədə xəbərdar etmək üçün nəzərdə tutulmuş yeni funksiya aşkar edilib.

Cihazlar+
Samsung Galaxy S25 Edge-in zəif satışları şirköətin bəzi planlarını alt-üst edib
Samsung Galaxy S25 Edge smartfonu, satışların zəif başlaması fonunda, genişmiqyaslı reklam kampaniyalarına və alıcılara təqdim olunan səxavətli bonuslara baxmayaraq, tam uğursuzluğa yaxınlaşır.

Cihazlar+
Samsung Galaxy Z Flip 7-nin yeni render fotoları təqdim edilib
Son məlumat sızıntılarına inansaq, Samsung şirkəti gələn ay yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Söhbət, Galaxy Z Fold 7 və Z Flip 7 modellərindən gedir.

Cihazlar+
Samsung Galaxy Z Fold 7-nin yeni render fotoları təqdim olunub
Samsung şirkətinin gələn ay yeni qatlana bilən smartfonu Galaxy Z Fold 7-ni təqdim edəcəyi gözlənilir. İndi isə Android Headlines saytı bu smartfonun yeni render fotolarını və bəzi texniki imkanlarını təqdim edib.

Cihazlar+
Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin nə zaman təqdim olunacaqları açıqlanıb
Samsung yaxın zamanda yeni qatlana bilən smartfonlarını təqdim etməlidir. Söhbət, Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarından gedir.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
