
Samsung Galaxy Z Fold 7-nin yeni render fotoları təqdim olunub
Cihazlar+
20.06.2025
Emil
Samsung şirkətinin gələn ay yeni qatlana bilən smartfonu Galaxy Z Fold 7-ni təqdim edəcəyi gözlənilir. İndi isə Android Headlines saytı bu smartfonun yeni render fotolarını və bəzi texniki imkanlarını təqdim edib. Təqdim edilmiş fotolarda Galaxy Z Fold 7 smartfonu Blue Shadow və Jet Black adlı gövdə rənglərində əks olunub. Render fotolardan belə qənaətə gəlmək olar ki, smartfonun əsas özəlliklərindən biri nazik gövdə olacaq. Son məlumat sızıntılarına inansaq, Galaxy Z Fold 7-nin gövdə qalınlığı tam açıq vəziyyətdə 3.9-4.5 mm təşkil edəcək.

Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, smartfonun çəkisi 215 qram olacaq. Əgər bu məlumat həqiqəti əks etdirsə, deməli smartfon Galaxy Z Fold 6-dan 24 qram, OPPO Find N5-dən 14 qram daha yüngül olacaq. Samsung ənənəyə sadiq qalaraq qatlana bilən smartfonun xarici ekran ölçüsünü böyütməyə istiqamətlənib. Belə ki, məlumata əsasən Galaxy Z Fold 7-nin xarici ekranının ölçüsü 6.5 düym təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6 modeli 6.3 düym ölçülü xarici ekranla təchiz olunur. Dünən ortaya çıxmış məlumata inansaq, Galaxy Z Fold 7 smartfonu 9 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində Galaxy Z Flip 7 ilə birlikdə təqdim olunacaq.




Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin nə zaman təqdim olunacaqları açıqlanıb
Samsung yaxın zamanda yeni qatlana bilən smartfonlarını təqdim etməlidir. Söhbət, Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarından gedir.

Cihazlar+
Samsung-un genişləndirilmiş reallıq cihazının satış tarixi məlum olub
Samsung-un Android XR platforması ilə çalışan Project Moohan kod adlı genişləndirilmiş reallıq (XR - eXtended Reality) cihazı ilk dəfə bu ilin əvvəlində Galaxy S25 smartfon seriyasının təqdimatı çərçivəsində sərgilənmişdi.

Proqram Təminatı
Samsung Galaxy Watch-ın bəzi funksiyaları ödənişli olacaq
İstifadəçinin orqanizm vəziyyətinə taxıla bilən cihazlar vasitəsilə həyata keçirilən nəzarət funksiyaları getdikcə daha da mürəkkəbləşir və xidmət provayderi üçün artan xərclər tələb edir.

Cihazlar+
Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
Samsung şirkəti Galaxy F36 adlı yeni orta büdcəli smartfon üzərində çalışır. Məlum olub ki, hazırlanan bu yeni smartfonun xarici görünüşü və bəzi texniki imkanları Google Play Console-da ortaya çıxıb.

Cihazlar+
Samsung Galaxy Tab S11 Ultra planşeti Geekbench testlərindən keçib
Samsung keçən ilin ikinci yarısında Galaxy Tab S10 Ultra planşetini təqdim etmişdi. İndi isə şirkət Galaxy Tab S11 Ultra planşeti üzərində çalışır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
