
REDMI K90 Pro Max-ın təqdimatı anons edilib və dizaynı sərgilənib
Cihazlar+
17.10.2025
Emil
Xiaomi-nin REDMI brendi öz növbəti flaqman smartfonu olacaq REDMI K90 Pro Max-ın təqdimatını anons edib və onun xarici görünüşünü sərgiləyib. REDMI-nin elanına əsasən bu yeni smartfon 23 oktyabr tarixində təqdim olunacaq. Yeni smartfonun adını nəzərə alsaq, güman etmək olar ki, həmin gün digər REDMI K90 modelləri də təqdim olunacaq və onlar müvafiq olaraq K90 və K90 Pro adlanacaqlar. Fotolardan da görmək olar ki, REDMI K90 Pro Max smartfonu yastı gövdə dizaynına sahibdir və onun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində 3 ədəd kamera mövcuddur. Kameraların yanında isə “Sound by Bose” yazısını görmək olar. Bu, Xiaomi-nin audio mövzusunda Bose şirkəti ilə əməkdaşlığını əks etdirir.




Paylaş
Bənzər xəbərlər

Cihazlar+
REDMI Turbo 5 smartfonu 8000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
Xiaomi-nin REDMI brendi gələn ilin əvvəlində REDMI Turbo 5 smartfonunu təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində bəzi təfərrüatları təqdim edib.

Cihazlar+
REDMI K90 Pro smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin REDMI brendi ilin sonuna kimi REDMI K90 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq: REDMI K90 və K90 Pro. İndi isə məlum olub ki, REDMI K90 Pro modeli Geekbench testlərindən keçib.

Cihazlar+
REDMI Monitor G34WQ 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI Monitor G34WQ 2026 adlanır.

Cihazlar+
Xiaomi 17 Ultra-nın kamera göstəriciləri ortaya çıxıb
Xiaomi keçən ayın sonunda Çində Xiaomi 17 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. Lakin gələn il dördüncü model olacaq Xiaomi 17 Ultra-nın təqdim olunacağı gözlənilir.

Cihazlar+
Xiaomi 17 Pro və 17 Pro Max qlobal bazarda satışa çıxmaya bilər
Xiaomi keçən ayın sonunda Çində Xiaomi 17 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
