
REDMI K90 Pro smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
14.10.2025
Emil
Xiaomi-nin REDMI brendi ilin sonuna kimi REDMI K90 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq: REDMI K90 və K90 Pro. İndi isə məlum olub ki, REDMI K90 Pro modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Gekebench-in məlumatlar bazasına əsasən REDMI K90 Pro-nun prosessoru özündə 3.63 GHz tezlikli 6 ədəd nüvəni və 4.61 GHz tezlikli 2 ədəd nüvəni birləşdirir. Bu göstəricilər isə Snapdragon 8 Elite Gen 5 flaqman prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, REDMI K90 Pro qutudan Android 16-nı əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3559 xal, çoxnüvəli testi çərçivəsində isə 11060 xal toplayıb.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
REDMI Monitor G34WQ 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI Monitor G34WQ 2026 adlanır.

Cihazlar+
Xiaomi 17 Ultra-nın kamera göstəriciləri ortaya çıxıb
Xiaomi keçən ayın sonunda Çində Xiaomi 17 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. Lakin gələn il dördüncü model olacaq Xiaomi 17 Ultra-nın təqdim olunacağı gözlənilir.

Cihazlar+
Xiaomi 17 Pro və 17 Pro Max qlobal bazarda satışa çıxmaya bilər
Xiaomi keçən ayın sonunda Çində Xiaomi 17 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max.

Cihazlar+
REDMI K90 smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI K90 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya bir neçə model daxil olacaq və onlardan biri də adi REDMI K90 olacaq.

Elm & Texnologiya
Xiaomi smartfonları üçün növbəti XRing prosessoru üzərində çalışır
Xiaomi bir müddət əvvəl təqdim etmiş olduğu XRing O1 mobil prosessoru ilə yetinmək niyyətində deyil və artıq onun ikinci versiyasını buraxmağı planlaşdırır.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
