Logo
    main-post-cover

    Red Magic 11 Pro və Red Magic 11 Pro+ flaqman smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    17.10.2025
    Emil
         Red Magic brendi öz yeni flaqman smartfon seriyası olan Red Magic 11 Pro-nu təqdim edib. Seriyaya iki model daxil olub: Red Magic 11 Pro və Red Magic 11 Pro+. Bu yeni smartfonlar həm xarici görünüşcə həm də bir çox texniki imkanlar baxımından eynidirlər. Beləliklə hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.85 düym ölçülü OLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası smartfonlarda birbaşa ekrana inteqrasiya edilib.
         Üstəlik onlarda gövdə IPx8 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Hər iki smartfon Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışır. Red Magic 11 Pro modeli 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini, Red Magic 11 Pro+ modeli isə 12/16/24 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda hər iki smartfon özündə 50 MP + 50 MP ikili arxa kamera ilə 16 MP-lik ön kameranı birləşdirir.
         Red Magic 11 Pro modeli 80 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareya ilə, Red Magic 11 Pro+ modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Üstəlik Red Magic 11 Pro+ modeli 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Smartfonlar artıq Çində satışa çıxıb. Red Magic 11 Pro-nun qiyməti 701$-dan, Red Magic 11 Pro+-ın qiyməti isə 799$-dan start götürür.
    Paylaş