Logo
    main-post-cover

    Kompakt ölçülü Red Magic Gaming Tablet 3 Pro gaming planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.06.2025
    Emil
         Red Magic brendi öz yeni kompakt ölçülü gaming planşetini təqdim edib. Söhbət, Red Magic Gaming Tablet 3 Pro-dan gedir. Beləliklə bu yeni planşet 165 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1504 piksel keyfiyyətli 9.06 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Planşetin gövdə qalınlığı 6.9 mm, çəkisi isə 370 qram təşkil edir. Planşet Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16/24 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Red Magic Gaming Tablet 3 Pro özündə 13 MP-lik arxa kameranı və 9 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 80 vatt gücündə sürətli şarj texnologiyalı 8200 mAh eneji tutumlu batareya ilə təchiz olunub. Planşetdə əməliyyat sistemi qismində REDMAGIC OS 10.5 çıxış edir. Red Magic Gaming Tablet 3 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 584$-dan start götürür.
    Paylaş
    Bənzər xəbərlər
    red-magic-10s-pro-ve-10s-pro-flaqman-smartfonlari-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Red Magic 10S Pro və 10S Pro+ flaqman smartfonları təqdim olunub - QİYMƏTİ

    Red Magic brendi Çində yeni flaqman smartfonlarını təqdim edib. Söhbət, Red Magic 10S Pro və 10S Pro+ modellərindən gedir. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər və bəzi texniki imkanlar baxımından eynidirlər.
    red-magic-yeni-kompakt-olculu-gaming-plansetinin-teqdimatina-hazirlasir
    Cihazlar+

    Red Magic yeni kompakt ölçülü gaming planşetinin təqdimatına hazırlaşır

    Nubia şirkəti, öz Red Magic oyun subbrendi ilə tanınan marka, Lenovo Legion-un oyun planşetləri ilə rəqabət aparacaq yeni kompakt oyun planşeti buraxmağa hazırlaşır.
    nazik-govdeli-red-magic-10-air-gaming-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Nazik gövdəli Red Magic 10 Air gaming smartfonu təqdim edilib - QİYMƏTİ

    Red Magic brendi Çində yeni gaming smartfonunu təqdim edib. Söhbət, Red Magic 10 Air-dən gedir. Bu yeni gaming smartfon flaqman imkanları ilə yanaşı nazik gövdəsi ilə də seçilir.
    red-magic-10-air-smartfonunun-hansi-prosessoru-elde-edeceyi-resmi-olaraq-aciqlanib
    Cihazlar+

    Red Magic 10 Air smartfonunun hansı prosessoru əldə edəcəyi rəsmi olaraq açıqlanıb

    Bir neçə saat əvvəl biz xəbər verdik ki, Red Magic brendi təqdimata hazırladığı nazik gövdəli Red Magic 10 Air gaming smartfonunun xarici görünüşünü sərgiləyib.
    teqdimatdan-once-red-magic-10-air-in-xarici-gorunusu-sergilenib
    Cihazlar+

    Təqdimatdan öncə Red Magic 10 Air-in xarici görünüşü sərgilənib

    Red Magic brendi 16 aprel tarixində Red Magic 10 Air adlı nazik gövdəli yeni gaming smartfonunu təqdim edəcək. İndi isə brend rəsmi təqdimatı gözləmədən sözügedən yeni gaming smartfonunun xarici görünüşünü sərgiləmək qərarına gəlib.