Logo
    main-post-cover

    Qutusu açılmamış birinci nəsil iPod hərracda rekord qiymətə satılıb

    Cihazlar+
    25.08.2025
    Emil
         Apple şirkətinin birinci nəsil iPod modeli bu ay RR Auction hərracında zavod istehsalından bəri açılmamış qutuda 40 264$-a satılıb. Bu, 2001-ci ildə buraxılmış MP3 player üçün rekord məbləğdir. Əvvəlki rekord 2023-cü ildə qeydə alınmışdı, o zaman player 29 000$-a satılmışdı. Son qiymətə RR Auction tərəfindən alıcıdan tutulmuş 25% həcmində komissiya da daxildir. ABŞ-da orijinal iPod satışa çıxarılanda 399$-a başa gəlirdi. Steve Jobs tərəfindən 2001-ci ilin oktyabrında təqdim olunmuş iPod, 1990-cı illərin sonlarında iflas həddinə çatmış Apple şirkətinin yenidən uğur qazanmasına kömək etdi.
        Jobs iPod-u “cibinizdə 1000 mahnı” şüarı ilə təqdim etmiş və cihazı öz cins cibindən çıxararaq nümayiş etdirmişdi. O zaman Jobs demişdi: “iPod-un yaranması ilə Apple tamamilə yeni bir rəqəmsal musiqi playerləri kateqoriyası yaratdı ki, bu da bütün musiqi kolleksiyanızı cibinizə yerləşdirib istədiyiniz yerdə dinləməyə imkan verir. iPod ilə musiqiyə qulaq asmaq heç vaxt əvvəlki kimi olmayacaq”. Orijinal iPod-un qutusunda göstərilən texniki xüsusiyyətlər:
    - CD-yə yaxın keyfiyyətdə 1000-dən çox mahnı saxlama imkanı olan 5 GB sərt disk
    - Litium-polimer batareya sayəsində 10 saata qədər fasiləsiz oxutma
    - Super portativ: çəkisi 175 qram, qalınlığı cəmi 1.7 sm, eni 6.4 sm və hündürlüyü 10.5 sm
    - Mac üzərindən iTunes ilə musiqi və playlistlərin avtomatik sinxronizasiyası
    - Bir əllə sadə idarəetmə üçün unikal fırlanan düymə
    - MP3, WAVAIFF formatlarında faylların oxudulması
    - İşıqlı LCD ekran
    - Komplektə daxildir: iPod, Apple qulaqlıqları, FireWire kabeli və AC adapter.
         Bu ay RR Auction hərracında zavod istehsalından bəri açılmamış qutuda nadir 4 GB yaddaşa sahib orijinal iPhone smartfonu (daha çox 8 GB versiyası rast gəlinirdi) satılıb. Lotun son qiyməti 81 989$ olub. Bu, orijinal iPhone üçün rekord göstərici olmasa da (rekord 190 000$-dır), 2007-ci ildə satışa çıxarılanda 499$-a başa gələn bir cihaz üçün yenə də təsirli məbləğdir.
    Paylaş
    Bənzər xəbərlər
    meta-qadagaya-baxmayaraq-gizli-sekilde-iphone-istifadecilerinin-melumatlarini-yigib
    Təhlükəsizlik

    Meta qadağaya baxmayaraq gizli şəkildə iPhone istifadəçilərinin məlumatlarını yığıb

    Meta reklamların effektivliyi göstəricilərini demək olar ki, 20% şişirdib və gəlirlərini artırmaq məqsədilə Apple-ın iPhone ilə bağlı məxfilik siyasətini qəsdən pozub. Bu barədə əmək mübahisələri üzrə məhkəmədə Meta-nın keçmiş məhsul meneceri Samujjal Purkayastha ifadə verib.
    boyuk-britaniya-apple-dan-icloud-da-backdoor-un-yerlesdirilmesinin-telebinden-imtina-edib
    Təhlükəsizlik

    Böyük Britaniya Apple-dan iCloud-da backdoor-un yerləşdirilməsinin tələbindən imtina edib

    Böyük Britaniya, ABŞ-ın Apple şirkətini iCloud bulud xidmətində xüsusi xidmət orqanlarının istifadəçi məlumatlarına çıxışı üçün backdoor yaratmağa məcbur edən memorandumu geri çağıracaq.
    apple-gelen-ilden-baslayaraq-adi-iphone-modelinden-imtina-ede-biler
    Cihazlar+

    Apple gələn ildən başlayaraq adi iPhone modelindən imtina edə bilər

    2026-cı ildə Apple iPhone modelləri xəttində gözlənilməz dəyişikliklər edə bilər. Belə ki, şirkət baza versiyasından imtina edə bilər.
    donald-trump-abs-it-nehenglerinin-milyonlarla-dollar-deyerinde-sehmlerine-sahibdir
    Tech-Biznes

    Donald Trump ABŞ İT nəhənglərinin milyonlarla dollar dəyərində səhmlərinə sahibdir

    ABŞ qanunları ölkə prezidentindən dövlət xidməti ilə əlaqəsi olmayan gəlir mənbələri barədə məlumat açıqlamasını tələb edir. Bu səbəbdən, Donald Trump-ın ABŞ texnologiya sektoruna aid şirkətlərdə milyonlarla dollar dəyərində iri səhmlərə sahib olması barədə məlumat ictimaiyyətə açıqlanıb.
    it-nehenglerin-rehberlerinin-tehlukesizliklerine-xercler-artirilib
    Tech-Biznes

    İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb

    Böyük korporasiyaların fəaliyyəti cəmiyyətin bir çox üzvlərinin şüurunda onların rəhbərlərinin fiqurları ilə assosiasiya olunur. Buna görə də, bu sahənin mütəxəssislərinin fikrincə, onlara qarşı düşmənçilik və şəxsi təhlükəsizliklərinə yönəlmiş təhdid halları getdikcə daha çox müşahidə olunacaq.