Logo
    main-post-cover

    Apple gələn ildən başlayaraq adi iPhone modelindən imtina edə bilər

    Cihazlar+
    18.08.2025
    Emil
         2026-cı ildə Apple iPhone modelləri xəttində gözlənilməz dəyişikliklər edə bilər. Belə ki, şirkət baza versiyasından imtina edə bilər. Məlumata görə, iPhone 18-in təqdimatı ilə birlikdə ABŞ şirkəti artıq baza modeli istehsal etməyəcək və onu əvvəlcə iPhone 17e, daha sonra isə 18e ilə əvəz edəcək. Apple bununla cihaz seçimlərinin həddindən artıq çoxalmasının qarşısını almaq istəyir, çünki həmin vaxta qədər şirkət iki yeni smartfon modeli - qatlana bilən və ultra nazik Air-i təqdim edəcək. Bu dəyişikliklər fonunda iPhone ProPro Max modelləri buraxılmağa davam edəcək, Air modeli iPhone Plus-ı əvəz edəcək, əsas flaqman isə qatlana bilən iPhone olacaq. Qeyd edək ki, məhz iPhone Fold (şərti ad) modelinin çıxışı səbəbilə Apple öz cihaz buraxılış konsepsiyasını yenidən nəzərdən keçirə bilər: satışa əvvəlcə bahalı premium modellər çıxarılacaq, təxminən yarım il sonra isə daha əlçatan modellər bazara təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər
    donald-trump-abs-it-nehenglerinin-milyonlarla-dollar-deyerinde-sehmlerine-sahibdir
    Tech-Biznes

    Donald Trump ABŞ İT nəhənglərinin milyonlarla dollar dəyərində səhmlərinə sahibdir

    ABŞ qanunları ölkə prezidentindən dövlət xidməti ilə əlaqəsi olmayan gəlir mənbələri barədə məlumat açıqlamasını tələb edir. Bu səbəbdən, Donald Trump-ın ABŞ texnologiya sektoruna aid şirkətlərdə milyonlarla dollar dəyərində iri səhmlərə sahib olması barədə məlumat ictimaiyyətə açıqlanıb.
    it-nehenglerin-rehberlerinin-tehlukesizliklerine-xercler-artirilib
    Tech-Biznes

    İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb

    Böyük korporasiyaların fəaliyyəti cəmiyyətin bir çox üzvlərinin şüurunda onların rəhbərlərinin fiqurları ilə assosiasiya olunur. Buna görə də, bu sahənin mütəxəssislərinin fikrincə, onlara qarşı düşmənçilik və şəxsi təhlükəsizliklərinə yönəlmiş təhdid halları getdikcə daha çox müşahidə olunacaq.
    apple-artiq-8-ci-nesil-ipad-mini-uzerinde-calisir
    Cihazlar+

    Apple artıq 8-ci nəsil iPad mini üzərində çalışır

    Yəqin ki, siz də bunun bir səhv olduğunu düşünəcəksiniz, çünki 7-ci nəsil iPad mini 1 ildən az əvvəl çıxıb, 6-cı nəsil iPad mini isə 3 il ərzində aktual qalıb. Lakin iPadOS əməliyyat sistemi kodundakı məlumatlar göstərir ki, Apple artıq J510/J511 kod adlı yeni iPad mini üzərində çalışır.
    apple-2027-ci-ile-qeder-stolustu-robotunu-teqdim-ede-biler
    Cihazlar+

    Apple 2027-ci ilə qədər stolüstü robotunu təqdim edə bilər

    Apple, süni intellekt inteqrasiyası ilə ağıllı ev üçün bir sıra yeni məhsullar təqdim etməyi planlaşdırır. Bunlara masaüstü robot, ev sistemlərini idarə etmək üçün ağıllı ekran və səsli köməkçi Siri-nin animasiyalı versiyası daxildir.
    apple-elon-musk-in-app-store-ile-bagli-ittihamini-tekzib-edib
    Tech-Biznes

    Apple, Elon Musk-ın App Store ilə bağlı ittihamını təkzib edib

    Apple, Elon Musk-ın şirkəti OpenAI məhsullarına üstünlük verməkdə və App Store-da rəqib tətbiqlərin reytinqlərdə yüksəlməsinə imkan verməməkdə ittiham etməsini təkzib edib.