Orta büdcəli Moto G100 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
14.10.2025
Emil
Motorola şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G100-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Moto G100 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.72 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Moto G100 özündə 50 MP-lik əsas arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G100 artıq Çində satışa çıxıb və onun qiyməti 188$ təşkil edir. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Nazik gövdəli Motorola Edge 70-in keyfiyyətli render fotoları təqdim edilib
Motorola şirkəti nazik gövdəli Motorola Edge 70 smartfonunun təqdimatına hazırlaşır. İndi isə insayderlər sözügedən smartfonun keyfiyyətli render fotolarını təqdim ediblər.
Cihazlar+
Nazik gövdəli Moto Edge 70-in xarici görünüşü sərgilənib
Görünür, Motorola şirkəti də nazik gövdəli smartfonlar yarışına daxil olmağı qərara alıb. Bu yolda o, Samsung Galaxy S25 Edge və iPhone Air ilə rəqabət aparmaq niyyətindədir.
Cihazlar+
Orta büdcəli Moto Pad 60 NEO planşeti təqdim olunub - QİYMƏTİ
Motorola şirkəti yeni orta büdcəli planşetini təqdim edib. Söhbət, Moto Pad 60 NEO-dan gedir. Bu planşet böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və 5G dəstəyini əldə edib.
Cihazlar+
Böyük həcmli batareyaya sahib Moto G06 Power təqdim edilib
Motorola şirkəti Berlində keçirilən IFA 2025 sərgisi çərçivəsində Moto G06 Power adlı yeni smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Cihazlar+
Orta büdcəli Motorola Edge 60 Neo təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti Motorola Edge 60 smartfon seriyasını kompakt ölçüyə sahib yeni orta büdcəli model ilə genişləndirib. Söhbət, Motorola Edge 60 Neo-dan gedir.
Ən çox oxunanlar