Logo
    main-post-cover

    Böyük həcmli batareyaya sahib Moto G06 Power təqdim edilib

    Cihazlar+
    05.09.2025
    Emil
         Motorola şirkəti Berlində keçirilən IFA 2025 sərgisi çərçivəsində Moto G06 Power adlı yeni smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Moto G06 Power smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640x720 piksel keyfiyyətli 6.88 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub.
         Smartfonun gövdəsi isə IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Helio G81-Ultra prosessoru vasitəsilə çalışır və 4/8 GB RAM ilə 64/128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Moto G06 özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 18 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G06 Power modelinin nə zaman və hansı qiymətə satışa çıxacağı daha sonra açıqlanacaq.
    Paylaş