Logo
    main-post-cover

    Büdcəli Moto G06 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.09.2025
    Emil
         Motorola şirkəti Berlində keçirilən IFA 2025 sərgisi çərçivəsində büdcəli Moto G06 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Moto G06 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640x720 piksel keyfiyyətli 6.88 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub.
         Smartfonun gövdəsi isə IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Helio G81 Extreme prosessoru vasitəsilə çalışır və 4/8 GB RAM ilə 64/128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Moto G06 özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 10 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G06 artıq satışa çıxıb və onun qiyməti 129 avrodan start götürür.
    Paylaş