Logo
    main-post-cover

    Orta büdcəli Huawei nova 14i smartfonu təqdim edilib

    Cihazlar+
    01.10.2025
    Emil
         Huawei şirkəti qlobal bazarda yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Huawei nova 14i-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Huawei nova 14i smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2376x1080 piksel keyfiyyətli 6.95 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfon Snapdragon 680 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Huawei nova 14i özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 22.50 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei nova 14i smartfonunun nə zaman və hansı qiymətə satışa çıxacağı hələ açıqlanmayıb.
    Paylaş
    Bənzər xəbərlər
    huawei-qatlana-bilen-smartfonlar-bazarinda-dominant-sirketdir
    Tech-Biznes

    Huawei qatlana bilən smartfonlar bazarında dominant şirkətdir

    Samsung artıq bir neçə ildir ki, qatlana bilən ekranlara malik smartfonlar istehsal edir və onları genişmiqyaslı reklam kampaniyaları ilə fəal şəkildə təşviq edir.
    huawei-pura-80-ve-pura-80-pro-texnologiyanin-zerifliyi
    Cihazlar+

    HUAWEI PURA 80 VƏ PURA 80 PRO – TEXNOLOGIYANIN ZƏRİFLİYİ

    HUAWEI, 2025-ci ildə təqdim etdiyi HUAWEI Pura 80 seriyası ilə istifadəçilərə texnologiya və zərif dizaynı birləşdirən flaqmanlar təqdim edir. HUAWEI Pura 80 və HUAWEI Pura 80 Pro həm gündəlik istifadə, həm oyun, həm də fotoqrafiya üçün ideal seçimdir.
    huawei-freeclip-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Huawei FreeClip 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Huawei Çində açıq tipli yeni naqilsiz qulaqlığı FreeClip 2-ni rəsmi olaraq təqdim edib. Yeniliyin konstruksiyası maye silikon və yaddaş effektli metaldan hazırlanmış çevik C formalı körpü üzərində qurulub.
    harmonyos-cinde-ardicil-6-rub-ios-den-daha-meshurdur
    Proqram Təminatı

    HarmonyOS Çində ardıcıl 6 rüb iOS-dən daha məşhurdur

    5 ildən çox əvvəl ABŞ sanksiyalarına məruz qalmış Çin şirkəti Huawei Technologies bundan əvvəl smartfonlarında istifadə etdiyi Google Android əməliyyat sisteminə çıxışını itirdi və buna görə də öz proqram təminatı HarmonyOS-i yaratmalı oldu.
    huawei-parisde-yeni-mehsullarini-teqdim-etdi-huawei-watch-gt-6-seriyasi-ultimate-2-d2-agilli-saatlari-ve-daha-coxu
    Cihazlar+

    HUAWEI Parisdə Yeni Məhsullarını Təqdim Etdi: HUAWEI WATCH GT 6 Seriyası, Ultimate 2, D2 Ağıllı Saatları və Daha Çoxu

    HUAWEI “Ride the Wind” (Küləyə hakim ol)  şüarı ilə Parisdə keçirilən qlobal təqdimat tədbirində yeni nəsil ağıllı cihazlarını ictimaiyyətə təqdim etdi.