Logo
    main-post-cover

    HUAWEI Parisdə Yeni Məhsullarını Təqdim Etdi: HUAWEI WATCH GT 6 Seriyası, Ultimate 2, D2 Ağıllı Saatları və Daha Çoxu

    Cihazlar+
    23.09.2025
    Emil
         HUAWEI “Ride the Wind” (Küləyə hakim ol)  şüarı ilə Parisdə keçirilən qlobal təqdimat tədbirində yeni nəsil ağıllı cihazlarını ictimaiyyətə təqdim etdi. Tədbirin mərkəzində HUAWEI WATCH GT 6 Seriyası, HUAWEI WATCH Ultimate 2HUAWEI WATCH D2 ağıllı saatları dayandı. Bu cihazlar həm estetik dizayn, həm də peşəkar sağlamlıq və idman monitorinqini birləşdirərək istifadəçilərə yüksək keyfiyyətli təcrübə təqdim edir. Tədbirdə həmçinin HUAWEI nova 14 Seriyası smartfonu, HUAWEI FreeBuds 7i simsiz qulaqlıqları və HUAWEI MatePad 12 X planşeti təqdim edildi. HUAWEI həmçinin yeni “Now is Yours” (İndi Sənin Zamanındır) fəlsəfəsini açıqladı və GoPaint 2025 beynəlxalq yaradıcılıq təşəbbüsünü elan etdi.
    HUAWEI WATCH GT 6 Ağıllı Saatları: İdmanda və Gündəlik Həyatda Yenilik
         GT 6 seriyası uzun müddətli batareya ömrü ilə 21 günədək istifadə imkanı təqdim edir və yeni TruSense sistemi vasitəsilə ürək döyüntüsü, oksigen səviyyəsi və yuxu keyfiyyətini dəqiq ölçür. 100-dən artıq məşq rejimi ilə saat, velosiped, çöl qaçışı, qolf və xizək kimi idman növlərinə xüsusi imkanlar təqdim edir. Velosipedçilər virtual gücölçən funksiyası ilə peşəkar səviyyəli performans analizləri aparır, qaçış həvəskarları yüksəklik və marşrut trendlərini izləyə bilir, qolfçular isə yüksək dəqiqlikli meydança xəritələri ilə hər zərbəni optimal edə bilirlər. Xizək sürənlər üçün isə sürət, məsafə və marşrut izləmə funksiyaları mövcuddur.
    HUAWEI WATCH Ultimate 2 və WATCH D2: Təhlükəsizlik və Sağlamlıq Yenilikləri
         Ultimate 2 dalğıclar üçün nəzərdə tutulmuş ən qabaqcıl ağıllı saatdır. Bu model 150 metr dərinliyə qədər istifadə edilə bilir. Sonar texnologiyası vasitəsilə saatdan saata 30 metr məsafəyədək sualtı mesaj göndərmək mümkündür, həmçinin 60 metr dərinlikdə SOS siqnalı ötürmə funksiyası mövcuddur. Bu, dərin su idmanı ilə məşğul olanlar üçün əlavə təhlükəsizlik təmin edir. Yeni HUAWEI WATCH D2 ağılıı saatları isə qan təzyiqi izləmə sisteminə malikdirlər. İstifadəçilər həm birdəfəlik, həm də təkararən ölçmələr apararaq sağlamlıq göstəricilərini daha rahat izləyə bilirlər.
    HUAWEI  nova 14 seriyası smartfonları və HUAWEI  MatePad 12 X planşetləri
         HUAWEI  nova 14 Seriyası portret fotoqrafiyasında yeni dövr açır. Ultra Chroma kamera və təkmilləşdirilmiş XD Portrait Engine sayəsində zəif işıqda belə təsvirlər parlaq və detallı olur. HUAWEI MatePad 12 X PaperMatte Edition isə gözlər üçün rahat ekran və HUAWEI M-Pencil Pro dəstəyi ilə təhsil və yaradıcılıq üçün geniş imkanlar təqdim edir.
    “İndi Sənin Zamanındır” Fəlsəfəsi və GoPaint 2025
         HUAWEI gənc nəsil ilə daha yaxın əlaqə yaratmaq məqsədilə “İndi Sənin Zamanındır” yanaşmasını təqdim etdi. Eyni zamanda GoPaint 2025 yarışması rəssamlıq, rəqəmsal illüstrasiya, fantastik sənət və animasiya sahələrini əhatə edərək gəncləri yaradıcılığa həvəsləndirir. HUAWEI texnologiyanı həm funksional, həm də hamı üçün əlçatan etməyi hədəfləyir.
    Paylaş
    Bənzər xəbərlər
    huawei-qatlana-bilen-smartfonlar-bazarinin-demek-olar-yarisini-ele-kecirib
    Tech-Biznes

    Huawei qatlana bilən smartfonlar bazarının demək olar yarısını ələ keçirib

    Counterpoint Research analitik şirkəti 2025-ci ilin ikinci rübü üzrə qatlana bilən smartfonlar bazarı haqqında yeni hesabat dərc edib. Hesabata əsasən, Huawei 45% bazar payı ilə birinci yeri tutub.
    budceli-huawei-freebuds-7i-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Büdcəli Huawei FreeBuds 7i naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Huawei şirkəti FreeBuds 7i adlı yeni büdcəli naqilsiz qulaqlığını təqdim edib. Sözügedən yeni naqilsiz qulaqlıq 11 millimetrlik 4 maqnitli dinamik blok və təkmilləşdirilmiş Intelligent Dynamic Noise Cancellation 4.0 ağıllı dinamik səsboğma sistemi ilə təchiz olunub, bu sistem səsboğmanın dərinliyini 28 dB (desibel) səviyyəsində təmin edir.
    kompakt-olculu-huawei-matepad-mini-planseti-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Kompakt ölçülü Huawei MatePad Mini planşeti təqdim edilib - QİYMƏTİ

    Huawei şirkəti üçqat qatlana bilən Mate XTs smartfonu ilə yanaşı MatePad Mini adlı yeni planşetini də təqdim edib. Bu yeni planşet kompakt ölçülü ekranı əldə edib və Kirin prosessoru vasitəsilə çalışır.
    ucqat-qatlana-bilen-huawei-mate-xts-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Üçqat qatlana bilən Huawei Mate XTs smartfonu təqdim edilib - QİYMƏTİ

    Huawei şirkəti dünyada hələ ki, yeganə üçqat qatlana bilən smartfon istehsalçısı olaraq qalır. Şirkət keçən il Huawei Mate XT smartfonunu təqdim etmişdi. İndi isə onun davamçısı olan Huawei Mate XTs təqdim olunub.
    huawei-abs-sanksiyalari-uzerinde-qelebesini-elan-edib
    Tech-Biznes

    Huawei ABŞ sanksiyaları üzərində qələbəsini elan edib

    Huawei Technologies-in ilin ilk yarısında mənfəət əldə etməsi şirkət rəhbərliyini o qədər ruhlandırdı ki, onlar ABŞ-ın ixrac məhdudiyyətlərinin nəticələrinə qarşı demək olar ki, tam qələbə qazandıqlarını bəyan etdilər.