Logo
    main-post-cover

    Orta büdcəli Honor X70i smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.04.2025
    Emil
         Honor şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X70i-dan gedir. Honor-un bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor X70i smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3500 nit təşkil edir. Honor X70i-nin gövdəsi IP65 standartı üzrə nəmişlikdən qorunma özəlliyinə sahibdir.
         Smartfon MediTek Dimensity 7025 Ultra prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor X70i özündə 108 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X70i artıq Çində satışa çıxıb və onun qiyməti 192$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş
    Bənzər xəbərlər