
Honor Band 10 smart qolbağı təqdim olunub - QİYMƏTİ
Cihazlar+
24.04.2025
Emil
Honor şirkəti Honor Band 10 adlı yeni büdcəli smart qolbağını təqdim edib. bu yeni smart qolbaq iki versiyada təklif olunur. Adi və NFC-yə sahib versiya. Beləliklə Honor Band 10 smart qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 402x256 piksel keyfiyyətli 1.57 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın parlaqlığı avtomatik olaraq tənzimlənir və ətraf mühitlə uyğunlaşa bilir. Üstəlik ekran Always-on-Display funksiyasını dəstəkləyir. Honor Band 10 ürək döyüntüləri ritmini və qandakı oksigeni ölçməklə yanaşı həmçinin yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir.

Sözügedən smart qolbaq süni zəka vasitəsilə ürək-damar sistemini daha dərindən analiz edə bilir. Bunun sayəsində bəzi xəstəlikləri öncədən təyin etmək mümkündür. Smart qolbaq 96 idman rejimini dəstəkləyir. Onun daxilində olan batareya isə qolbağa adi istifadə rejimi çərçivəsində 10 gün ərzində çalışmağa, enerjiyə qənaət rejimi çərçivəsində 14 gün ərzində çalışmağa, Always-on-Display funksiyasının aktiv olduğu halda isə 3 gün ərzində çalışmağa imkan verir. Honor Band 10 artıq Çində satışa çıxıb. Onun adi versiyasının qiyməti 32$, NFC-yə sahib versiyasının qiyməti isə 38$ təşkil edir. Smart qolbağın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Orta səviyyəli Honor Pad GT planşeti təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Honor GT Pro flaqman smartfonu ilə kifayətlənməyərək həmçinin orta səviyyəli yeni planşetini də təqdim edib. Söhbət, Honor Pad GT-dən gedir. Bu yeni planşet böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.

Cihazlar+
Honor GT Pro flaqman smartfonu təqdim edilib - QİYMəti
Honor şirkəti öz yeni flaqman smartfonu Honor GT Pro-nu təqdim edib. Keçən ilin dekabr ayında təqdim edilmiş Honor GT-nin davamçısı olan bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 7000 mAh-dan böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Orta büdcəli Honor X60 GT smartfonu təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor X60 GT adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, 2022-ci ilin flaqman Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Təqdimatdan 1 gün qabaq Honor GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə açıqlanıb
Honor şirkəti artıq sabah Honor GT Pro adlı yeni flaqman smartfonunu təqdim edəcək. Qeyd etmək lazımdır ki, Honor GT modeli keçən ilin dekabr ayında təqdim olunmuşdu.

Cihazlar+
Honor 400 və 400 Pro-nun fotoları ilə texniki imkanları təqdim edilib
2025-ci ilin aprel ayının əvvəlində HONOR 400 Lite modelini təqdim etmiş Honor şirkəti, qısa müddət ərzində Honor 400 və Honor 400 Pro smartfon modellərini qlobal bazara çıxarmağa hazırlaşır.
Ən çox oxunanlar

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
