
OPPO Pad 5 planşeti təqdim olunub - QİYMƏTİ
Cihazlar+
17.10.2025
Emil
OPPO şirkəti OPPO Find X9 smartfon seriyası ilə yanaşı OPPO Pad 5 planşetini də təqdim edib. Bu yeni planşet xarici görünüşcə OPPO Pad 4-dən heç də fərqlənmir. Lakin yeni planşetin texniki imkanları olduqca təkmilləşdirilib. Planşet böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO Pad 5 planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 3000x2120 piksel keyfiyyətli 12.1 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir.

Planşet özündə Dolby Atmos dəstəkli 6 ədəd səsgücləndiricini birləşdirir. Onun gövdə qalınlığı 5.99 mm, çəkisi isə 579 qram təşkil edir. Planşet MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO Pad 5 özündə 8 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 10 420 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO Pad 5 artıq Çində satışa çıxıb və onun qiyməti 364$-dan start götürür.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OPPO Find X9 və Find X9 Pro flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti OPPO Find X9 adlı yeni flaqman smartfon seriyasını təqdim edib. Yeni seriyaya iki model daxil olub: OPPO Find X9 və Find X9 Pro. Bu yeni smartfonlar xarici görünüşcə eyni olsalar da, texniki imkanlar baxımından fərqlənirlər.

Cihazlar+
Orta büdcəli OPPO A6 smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A6-dan gedir. Bu yeni smartfon orta ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
OPPO Find X9 smartfon seriyasının təqdimatı anons edilib
OPPO şirkəti öz yeni smartfon seriyası olacaq OPPO Find X9-un təqdimatını anons edib.

Cihazlar+
Orta büdcəli OPPO K13s smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO K13s-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Orta büdcəli OPPO A6 Pro təqdim olunub - QİYMƏTİ
OPPO yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A6 Pro-dan gedir. Bu yeni smartfon orta ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
