
OPPO Find X9 və Find X9 Pro flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
Cihazlar+
17.10.2025
Emil
OPPO şirkəti OPPO Find X9 adlı yeni flaqman smartfon seriyasını təqdim edib. Yeni seriyaya iki model daxil olub: OPPO Find X9 və Find X9 Pro. Bu yeni smartfonlar xarici görünüşcə eyni olsalar da, texniki imkanlar baxımından fərqlənirlər. OPPO Find X9 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2760х1256 piksel keyfiyyətli 6.59 düym ölçülü OLED ekranla, Find X9 Pro modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772х1272 piksel keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunub.

Hər iki modeldə ekran OPPO Crystal Shield qoruyucu şüşəsi ilə əhatə olunub. Üstəlik hər iki modeldə ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Həm OPPO Find X9 həm də Find X9 Pro-da gövdə IP66/68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Hər iki smartfon MediaTek Dimensity 9500 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.

OPPO Find X9 modeli özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə 32 MP-lik ön kameranı, Find X9 Pro modeli özündə 50 MP + 50 MP + 200 MP üçlü arxa kamera ilə 50 MP-lik ön kameranı birləşdirir. OPPO Find X9 modeli 7025 mAh enerji tutumlu batareya ilə, Find X9 Pro modeli isə 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon 80 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını dəstəkləyir. Smartfonlar artıq Çində satışa çıxıb. OPPO Find X9-un qiyməti 617$-dan, Find X9 Pro-nun qiyməti isə 743$-dan start götürür.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Orta büdcəli OPPO A6 smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A6-dan gedir. Bu yeni smartfon orta ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
OPPO Find X9 smartfon seriyasının təqdimatı anons edilib
OPPO şirkəti öz yeni smartfon seriyası olacaq OPPO Find X9-un təqdimatını anons edib.

Cihazlar+
Orta büdcəli OPPO K13s smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO K13s-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Orta büdcəli OPPO A6 Pro təqdim olunub - QİYMƏTİ
OPPO yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A6 Pro-dan gedir. Bu yeni smartfon orta ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
OPPO Find X9-un keyfiyyətli render fotosu təqdim edilib
OPPO şirkəti yaxın zamanda OPPO Find X9 flaqman smartfon seriyasını təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq adi OPPO Find X9 modelinin keyfiyyətli render fotosunu təqdim edib.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
