Nazik gövdəli Huawei Mate 70 Air-in fotoları ortaya çıxıb
Cihazlar+
22.10.2025
Emil
Huawei şirkəti yaxın müddətdə Huawei Mate 70 smartfon seriyasını təqdim etməlidir. Məlum olub ki, bu seriyaya daxil olacaq modellərdən biri nazik gövdəli Huawei Mate 70 Air olacaq. Belə ki, sözügedən smartfonun fotoları China Mobile operatorunun məlumatlar bazasında ortaya çıxıb. Fotolardan da görmək olar ki, Huawei Mate 70 Air smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış gövdəni əldə edəcək və onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Bəzi məlumatlara əsasən smartfon Full HD+ keyfiyyətli 6.9 düym ölçülü ekranla təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Qatlana bilən qapaqlı Huawei Nova Flip S təqdim olunub - QİYMƏTİ
Huawei şirkəti orta büdcəli qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Söhbət, Huawei Nova Flip S-dən gedir.
Təhlükəsizlik
Hakerlər Huawei-nin konfidensial məlumatlarını əldə etdiklərini bildiriblər
Kibercinayətkarlar Huawei şirkətinin daxili repozitoriyalarını sındırdıqlarını və oradan guya məxfi mənbə kodlarını və tərtibat vasitələrini ələ keçirdiklərini bildiriblər. Sızmanın baş verdiyi hələlik təsdiqlənməyib, lakin hakerlərin iddiaları doğru olarsa, bu, şirkət və onun dünyanın müxtəlif ölkələrindəki müştəriləri üçün ciddi risklər yarada bilər.
Cihazlar+
Orta büdcəli Huawei nova 14i smartfonu təqdim edilib
Huawei şirkəti qlobal bazarda yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Huawei nova 14i-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Tech-Biznes
Huawei qatlana bilən smartfonlar bazarında dominant şirkətdir
Samsung artıq bir neçə ildir ki, qatlana bilən ekranlara malik smartfonlar istehsal edir və onları genişmiqyaslı reklam kampaniyaları ilə fəal şəkildə təşviq edir.
Cihazlar+
HUAWEI PURA 80 VƏ PURA 80 PRO – TEXNOLOGIYANIN ZƏRİFLİYİ
HUAWEI, 2025-ci ildə təqdim etdiyi HUAWEI Pura 80 seriyası ilə istifadəçilərə texnologiya və zərif dizaynı birləşdirən flaqmanlar təqdim edir. HUAWEI Pura 80 və HUAWEI Pura 80 Pro həm gündəlik istifadə, həm oyun, həm də fotoqrafiya üçün ideal seçimdir.
Ən çox oxunanlar