Logo
    main-post-cover

    HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar

    Cihazlar+
    22.07.2025
    Emil
        10 iyul tarixində Huawei şirkəti mobil fotoqrafiya sahəsində yeni standartlar müəyyən edən innovativ funksiyalar və qabaqcıl texnologiyalarla təchiz olunmuş yeni flaqman smartfonlar seriyası HUAWEI Pura 80-i təqdim etdi.
    İkonik dizayn
        HUAWEI Pura 80 Ultra və HUAWEI Pura 80 Pro modellərinin qırmızı rəngi parlaq dizaynı ilə seçilir. Bu modellər günəş şüaları altında zərif şəkildə parıldayır, HUAWEI Pura 80 Ultra smartfonunun kamera modulları isə qızılı halqalarla əhatə olunaraq, gələcəyə irəliləyişi simvolizə edən və flaqman modelin vizit kartına çevrilən ikonik dizayna ahəngdar şəkildə inteqrasiya olunub.
                                                                     HUAWEI Pura 80 seriyası, Gələcəyin Estetikası
    Peşəkar fotoçəkiliş
        HUAWEI Pura 80 Pro smartfonunun inqilabi kamerası ultra-realistik rəng ötürməsi və 1 düym sensoru ilə kameranın qəbul etdiyi işıq həcmini maksimum dərəcədə artıraraq, zəif işıqlandırma şəraitində çəkiliş zamanı bütün çalarların və detalların möhtəşəmliyini əks etdirə və ötürə bilir. Ultra-realistik çəkiliş üçün ultra-kamera dəqiq rəng ötürməsini təmin edir, bu da gecə mənzərələrinin parlaq və yüksək dərəcədə aydın şəkildə çəkilməsinə imkan verir.
        HUAWEI Pura 80 Ultra modelində isə ilk dəfə olaraq iki ədəd teleobyektiv təqdim olunur – biri 3.7x, digəri isə 10x yaxınlaşdırma dəstəyi olan ultra-böyük sensorlu obyektivlər. Bu obyektivlər sayəsində canlı portretlər və heyrətamiz perspektiv və məkan effektləri ilə dolğun yaxın plan şəkilləri çəkmək mümkündür.
                                                   HUAWEI XMAGE, Keyfiyyət itkisi olmadan dəfələrlə yaxınlaşdırma
        Təkmilləşdirilmiş HUAWEI XMAGE filtrləri və üslubları, innovativ fotoçəkiliş texnologiyaları, sahədəki ən böyük teleobyektiv sensoru və qabaqcıl alqoritmlərlə birlikdə, zəif işıqlandırmada və güclü yaxınlaşdırma zamanı belə kristal dərəcədə aydın görüntülər yaratmağa imkan verir.
        Maraqlı memarlıq detallarından tutmuş, möhtəşəm şəhərsalma nümunələrinə qədər — gecə şəhərinin canlı atmosferi misilsiz dəqiqliklə əks olunur. Teatr tamaşalarının və konsertlərin çəkilişi zamanı səhnədə baş verənlərin ən xırda detalları parlaq rənglərlə vurğulanır, 4K formatında video çəkilişə dəstək isə səhnə şousunu mobil telefon ekranında bütün gözəlliyi ilə canlandırmağa imkan verir.
                                                             HUAWEI Pura 80 seriyası, Gələcəyin Fotoçəkilişi
    Süni intellektin innovativ imkanları
        HUAWEI Pura 80 ProHUAWEI Pura 80 Ultra modellərində istifadəçiyə seçilmiş funksiyalara — kamera, fənər, ağıllı kamera xüsusiyyətləri və s. — dərhal çıxış imkanı verən ağıllı idarəetmə düyməsi təqdim olunur.
      Təkmilləşdirilmiş barmaq izi tanıma alqoritmi bu texnologiyanın təhlükəsizliyini artırır və əməliyyatların bir an qırpımında yerinə yetirilməsini təmin edir.
        Süni intellekt əsasında işləyən inkişaf etmiş səs-küy azaldıcı texnologiya, danışanın səsini önə çıxararaq hər iki tərəf üçün ətraf səsləri aradan qaldırır və istənilən şəraitdə təmiz, aydın səs keyfiyyəti təqdim edir.

    Təkrarolunmaz güc və məhsuldarlıq

         HUAWEI Pura 80 ProHUAWEI Pura 80 Ultra modelləri, 5170 mA*s gücündə güclü batareya ilə təchiz olunub. Bu batareya 100 Vt HUAWEI SuperCharge naqilli və 80 Vt HUAWEI SuperCharge simsiz sürətli enerji doldurma texnologiyası ilə uzunmüddətli istifadəni təmin edir.1
        Yüksək tutumlu batareya və sürətli şarj texnologiyası smartfonun fasiləsiz işləməsini təmin edir və cihazın qəfil sönməsi ilə bağlı narahatlıqları aradan qaldırır.
    Kompromisi olmayan möhkəmlik
          HUAWEI Pura 80 Ultra modelindəki ikinci nəsil Kunlun Glass - aşınmaya davamlı şüşəsi, cızılmalara qarşı 16 dəfə, yerə düşmə zamanı zədələnmələrə qarşı isə 25 dəfə daha dayanıqlıdır.2
        Bu etibarlı qoruyucu qat, smartfonu ən gözlənilməz vəziyyətlərdə belə zədələnmələrdən qoruyaraq misilsiz davamlılıq və möhkəmlik təmin edir.

        ¹ HUAWEI SuperCharge 80 Vt simsiz enerji doldurma paneli ayrıca satılır.
      ² Məlumatlar Huawei laboratoriyasının ikinci nəsil Kunlun Glass aşınmaya davamlı şüşəsi ilə adi şüşə arasındakı müqayisəsinə əsaslanır.
       Smartfon yüksək dəqiqlikli elektron komponentlərdən ibarətdir və xarici təsirlərə, fiziki faktorlarla təmasa həssasdır. İstifadə zamanı cihazın yerə düşməməsinə diqqət yetirin.
    Paylaş
    Bənzər xəbərlər
    qatlana-bilen-huawei-mate-x7-nin-texniki-imkanlari-baresinde-ilk-melumatlar-verilib
    Cihazlar+

    Qatlana bilən Huawei Mate X7-nin texniki imkanları barəsində ilk məlumatlar verilib

    Gözləntilərə əsasən Huawei şirkəti sentyabr ayında yeni qatlana bilən smartfonu Mate X7-ni təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni qatlana bilən smartfonun texniki imkanları barəsində ilk məlumatları təqdim edib.
    huawei-bir-nece-illik-fasileden-sonra-cin-smartfon-bazarindaki-liderliyini-geri-qazanib
    Tech-Biznes

    Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb

    Dünya smartfon bazarına dair statistikanı təhlil etdikdən sonra IDC analitikləri keçmiş rüb üzrə Çin bazarının nəticələrini açıqlayıblar. Təxminən 4 ildən artıq fasilədən sonra Huawei Technologies şirkəti yenidən liderliyə yüksəlib.
    huawei-3000-km-yurus-mesafeli-yeni-batareya-hazirlayib
    Elm & Texnologiya

    Huawei 3000 km yürüş məsafəli yeni batareya hazırlayıb

    Huawei sulfid əsaslı bərk batareya üçün patent alıb. Bu batareya 400-500 vatt·saat/kq enerji sıxlığına malikdir ki, bu da müasir elektromobil batareyaları ilə müqayisədə 2-3 dəfə yüksək göstəricidir.
    huawei-son-10-il-erzinde-tedqiqat-ve-inkisaf-islerine-texminen-1737-milyard-dollar-vesait-xercleyib
    Elm & Texnologiya

    Huawei son 10 il ərzində tədqiqat və inkişaf işlərinə təxminən 173.7 milyard dollar vəsait xərcləyib

    Huawei Central resursunun qeyd etdiyinə görə, Huawei şirkətinin istehlak məhsulları bölməsinin rəhbəri Richard Yu, Pura 80 smartfon seriyasının təqdimat mərasimində etiraf edib ki, son 10 il ərzində şirkət tədqiqat və inkişaf işlərinə təxminən 173.7 milyard dollar vəsait xərcləyib və dünyanın müxtəlif ölkələrində 100 000-dən çox patent qeydiyyatdan keçirib.
    huawei-pura-80-80-pro-80-pro-ve-80-ultra-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Huawei Pura 80, 80 Pro, 80 Pro+ və 80 Ultra təqdim olunub - QİYMƏTİ

    Huawei şirkəti Pura 80 smartfon seriyasını təqdim edib. Bu seriyaya 4 model daxil olub: Huawei Pura 80, Pura 80 Pro, Pura 80 Pro+ və Pura 80 Ultra.