Logo
    main-post-cover

    Qatlana bilən Huawei Mate X7-nin texniki imkanları barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    16.07.2025
    Emil
         Gözləntilərə əsasən Huawei şirkəti sentyabr ayında yeni qatlana bilən smartfonu Mate X7-ni təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni qatlana bilən smartfonun texniki imkanları barəsində ilk məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Huawei Mate X7 smartfonu 2K keyfiyyətli 7.95 düym ölçülü daxili COE LTPO ekranla təchiz olunacaq. Məlumatda qeyd edilib ki, smartfonun prosessoru qismində Kirin 9030 çıxış edəcək. Bu prosessor öz növbəsində smartfonu yaxşı performans ilə təmin etməlidir. İnsayder bildirib ki, smartfon 50 MP-lik əsas arxa kameranı əldə edəcək. Bununla yanaşı Mate X7-nin 50 MP-lik periskop kameranı da əldə edəcəyi istisna edilmir.
    Paylaş
    Bənzər xəbərlər
    huawei-bir-nece-illik-fasileden-sonra-cin-smartfon-bazarindaki-liderliyini-geri-qazanib
    Tech-Biznes

    Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb

    Dünya smartfon bazarına dair statistikanı təhlil etdikdən sonra IDC analitikləri keçmiş rüb üzrə Çin bazarının nəticələrini açıqlayıblar. Təxminən 4 ildən artıq fasilədən sonra Huawei Technologies şirkəti yenidən liderliyə yüksəlib.
    huawei-3000-km-yurus-mesafeli-yeni-batareya-hazirlayib
    Elm & Texnologiya

    Huawei 3000 km yürüş məsafəli yeni batareya hazırlayıb

    Huawei sulfid əsaslı bərk batareya üçün patent alıb. Bu batareya 400-500 vatt·saat/kq enerji sıxlığına malikdir ki, bu da müasir elektromobil batareyaları ilə müqayisədə 2-3 dəfə yüksək göstəricidir.
    huawei-son-10-il-erzinde-tedqiqat-ve-inkisaf-islerine-texminen-1737-milyard-dollar-vesait-xercleyib
    Elm & Texnologiya

    Huawei son 10 il ərzində tədqiqat və inkişaf işlərinə təxminən 173.7 milyard dollar vəsait xərcləyib

    Huawei Central resursunun qeyd etdiyinə görə, Huawei şirkətinin istehlak məhsulları bölməsinin rəhbəri Richard Yu, Pura 80 smartfon seriyasının təqdimat mərasimində etiraf edib ki, son 10 il ərzində şirkət tədqiqat və inkişaf işlərinə təxminən 173.7 milyard dollar vəsait xərcləyib və dünyanın müxtəlif ölkələrində 100 000-dən çox patent qeydiyyatdan keçirib.
    huawei-pura-80-80-pro-80-pro-ve-80-ultra-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Huawei Pura 80, 80 Pro, 80 Pro+ və 80 Ultra təqdim olunub - QİYMƏTİ

    Huawei şirkəti Pura 80 smartfon seriyasını təqdim edib. Bu seriyaya 4 model daxil olub: Huawei Pura 80, Pura 80 Pro, Pura 80 Pro+ və Pura 80 Ultra.
    huawei-watch-5-zamani-asan-dizayn-ve-premium-keyfiyyet-estetik-gorunus-ve-dozumlu-korpus
    Cihazlar+

    HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS

    HUAWEI WATCH 5 — texnologiya və zərifliyin birləşməsidir. Bu model yalnız ağıllı saat funksiyaları ilə deyil, həm də premium materialları və minimalist dizaynı ilə seçilir. Saatın korpusu aerokosmik sinif titandan hazırlanıb, bu da onu həm yüngül, həm də son dərəcə davamlı edir.