Logo
    main-post-cover

    Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib

    Cihazlar+
    09.07.2025
    Emil
         Honor şirkəti dünən Honor X70 smartfonunun rəsmi təqdimatını anons etdi. Sözügedən smartfon 15 iyul tarixində Çində təqdim olunacaq. İndi isə bu smartfonun 4 gövdə rəngində fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda Honor X70 smartfonu Vermillion Red, Bamboo Green, Moon Shadow White Phantom Night Black adlı gövdə rənglərində əks olunub. Bununla yanaşı fotolar vasitəsilə smartfonun arxa panel dizaynını da qiymətləndirmək olar. Görmək olar ki, Honor X70-in arxa panelində dairəvi kamera sahəsi yerləşib və kamera sahəsinin daxilində 2 ədəd kamera mövcuddur. Son məlumat sızıntılarına inansaq, Honor X70 smartfonu 1.5K keyfiyyətli 6.79 düym ölçülü OLED ekranı əldə edəcək, Snapdragon 6 Gen 4 prosessoru vasitəsilə çalışacaq, özündə 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək və 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib olacaq.
    Paylaş