Logo
    main-post-cover

    Honor MagicPad 3 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.07.2025
    Emil
         Honor şirkəti MagicPad 3 adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı, flaqman Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor MagicPad 3 planşeti 165 Hz-lik təsvir yenilənməsinə sahib 3200x2136 piksel keyfiyyətli 13.3 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Planşetin ekranı üstəlik stilus dəstəyinə sahibdir.
         Planşetin çəkisi 595 qram, gövdə qalınlığı isə 5.79 mm təşkil edir. Planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor MagicPad 3 özündə 13 MP + 2 MP ikili arxa kameranı və 9 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 12 450 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor MagicPad 3 artıq Çində satışa çıxıb və onun qiyməti 418$-dan start götürür.
    Paylaş