Logo
    main-post-cover

    Gələcək Meta Ray Ban eynəkləri insan üzününü skanı funksiyasını əldə edə bilərlər

    Cihazlar+
    12.05.2025
    Emil
         Meta şirkəti özünün Ray-Ban Meta ağıllı eynəyinin gələcək versiyalarında üz tanıma texnologiyasını əlavə etmək imkanını araşdırır. Superqavrayış adlı yeni funksiya istifadəçilərə ətrafdakı insanları üzlərini skan etməklə identifikasiya etməyə imkan verəcək. Lakin bu, məxfiliklə bağlı problemlər yarada bilər, çünki hər kəs belə davranışı xoş qarşılamaya bilər. Bu səbəbdən Meta daxilində kameranın üz tanıma prosesinə başladığını göstərən LED indikatorunun söndürülüb-söndürülməməsi müzakirə olunur. Hazırda satışda olan Ray-Ban Meta AI ağıllı eynək modelləri kameranın aktiv olduğunu göstərən və ətrafdakı insanları xəbərdar edən yanıb-sönən LED indikatorla təchiz edilib.
         Mənbələrin məlumatına görə, superqavrayış funksiyasına malik Aperol Bellini adlı yeni ağıllı eynək modelləri 2026-cı ildə satışa çıxarılacaq. Gözlənilir ki, bu cihazlar daha güclü batareyalarla təchiz ediləcək, çünki yeni funksiyanın istifadəsi zamanı enerji sərfiyyatı xeyli artır. Hazırda mövcud olan Ray-Ban Meta AI eynəklərində bu texnologiya test edildikdə, avtonom iş vaxtı cəmi 30 dəqiqəyə qədər azalırdı. Meta tərəfindən hazırlanmış və “Ey, Meta, canlı süni zəkanı işə sal” əmri ilə aktivləşən süni zəka əsaslı proqram təminatı yalnız üzləri tanımaqla kifayətlənməyəcək. O həmçinin eynək sahibinə məsələn, açarlarını götürməyi xatırlada biləcək və ya evə gedərkən yoldan marketə baş çəkməyi yada sala biləcək. Superqavrayış rejimində eynəklərin kamerası və sensorları daimi işlədiyindən, süni zəka istifadəçinin fəaliyyətlərini izləyə və nəyisə unutduqda ona xatırlatma edə biləcək.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    mark-zuckerberg-in-fikrince-suni-zeka-tenhaliq-problemini-aradan-qaldira-biler
    Süni İntellekt

    Mark Zuckerberg-in fikrincə süni zəka tənhalıq problemini aradan qaldıra bilər

    Meta şirkətinin baş direktoru Mark Zuckerberg bildirib ki, süni zəka tənha qalmaq və insan ünsiyyətinin çatışmazlığı probleminin həlli ola bilər. Onun fikrincə, süni zəka dost və hətta psixoloq funksiyasını yerinə yetirə bilər, xüsusilə də peşəkar yardıma müraciət etmək imkanı olmayan insanlar üçün.
    meta-reqemsal-reklam-sahesinde-innovativ-suni-zeka-sistemi-uzerinde-calisir
    Süni İntellekt

    Meta rəqəmsal reklam sahəsində innovativ süni zəka sistemi üzərində çalışır

    Mark Zuckerberg bildirib ki, Meta bütün reklam kampaniyası dövrünü avtomatlaşdırmağa qadir olan bir süni zəka sistemi üzərində çalışır.
    threads-in-ayliq-istifadeci-kutlesi-350-milyonu-kecib
    Sosial Media

    Threads-in aylıq istifadəçi kütləsi 350 milyonu keçib

    Meta şirkətinə məxsus mikrobloq platforması Threads-in auditoriyası sürətlə artmaqda davam edir.
    whatsapp-in-ayliq-istifadeci-kutlesi-3-milyardi-kecib
    Sosial Media

    WhatsApp-ın aylıq istifadəçi kütləsi 3 milyardı keçib

    Meta-nın baş direktoru Mark Zuckerberg rüblük maliyyə hesabatının dərcindən sonra keçirilmiş brifinqdə bildirib ki, WhatsApp tətbiqini ayda azı bir dəfə 3 milyarddan çox insan açır.
    meta-ai-tetbiqinde-odenisli-abunelik-istifadeye-verile-biler
    Proqram Təminatı

    Meta AI tətbiqində ödənişli abunəlik istifadəyə verilə bilər

    Meta AI tətbiqi yaxın zamanda ödənişli tarif planı ala bilər - OpenAI, Google və Microsoft-da da oxşar variantlar mövcuddur. Meta şirkəti əlavə hesablama resurslarına və ya funksiyalara ehtiyacı olanlar üçün “premium xidmət” təklif etməyə hazırdır.