Logo
    main-post-cover

    Büdcəli Honor Pad X7 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.07.2025
    Emil
         Honor şirkəti öz yeni büdcəli planşetini təqdim edib. Söhbət, Honor Pad X7-dən gedir. Bu yeni planşet kompakt ölçünü və Snapdragon prosessorunu əldə edib. Beləliklə Honor Pad X7 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 1340x800 piksel keyfiyyətli 8.7 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 625 nit təşkil edir. Planşetin gövdə qalınlığı 7.99 mm, çəkisi isə 365 qram təşkil edir. Planşet Snapdragon 680 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Pad X7 özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 7020 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Pad X7 artıq satışa çıxıb və onun qiyməti 93$ təşkil edir.
    Paylaş
    Bənzər xəbərlər
    honor-tablet-gt2-pro-planseti-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Honor Tablet GT2 Pro planşeti təqdim edilib - QİYMƏTİ

    Honor şirkəti orta büdcəli Honor X70 5G smartfonundan əlavə olaraq Honor Tablet GT2 Pro adlı yeni planşetini də təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı, flaqman Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    orta-budceli-honor-x70-5g-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Orta büdcəli Honor X70 5G təqdim olunub - QİYMƏTİ

    Honor şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X70 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 8000 mAh-dan böyük ölçülü batareyanı əldə edib.
    honor-400-seriyasindaki-suni-intellektle-elinizdeki-imkanlar-inanilmaz-gelecek
    Cihazlar+

    HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək

    11 iyul 2025-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda HONOR 400 və HONOR 400 Pro smartfonlarının rəsmi satışı başladı. Yeni seriya süni intellektlə gücləndirilmiş qabaqcıl fotoçəkiliş imkanlarını özündə birləşdirərək istifadəçilərə mobil çəkiliş və görüntüdə düzəlişlərin edilməsi sahəsində yeni imkanlar təqdim edir.
    honor-magic-8-pro-baresinde-ilk-teferruatlar-teqdim-edilib
    Cihazlar+

    Honor Magic 8 Pro barəsində ilk təfərrüatlar təqdim edilib

    Honor şirkəti bu ilin payız fəslində Honor Magic 8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Pro olacaq.
    honor-x70-in-4-govde-renginde-fotolari-teqdim-edilib
    Cihazlar+

    Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib

    Honor şirkəti dünən Honor X70 smartfonunun rəsmi təqdimatını anons etdi. Sözügedən smartfon 15 iyul tarixində Çində təqdim olunacaq. İndi isə bu smartfonun 4 gövdə rəngində fotolarını təqdim edib.