
ASUS TUF Gaming 5 VG34WQML5A gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
04.06.2025
Emil
ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS TUF Gaming 5 VG34WQML5A adlanır. Beləliklə bu yeni monitor 250 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB-A girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 2 ədəd səsgücləndiricini əldə edib. ASUS TUF Gaming 5 VG34WQML5A artıq Çində satışa çıxıb və onun qiyməti 250$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
ASUS ROG Strix Ace XG248QSG gaming monitoru təqdim olunub
ASUS şirkəti Computex 2025 sərgisi çərçivəsində ROG Strix Ace XG248QSG adlı yeni gaming monitorunu təqdim edib. Bu yeni gaming monitor yüksək göstəricidə təsvir yenilənməsi ilə seçilir və ilk növbədə kiberidmançılar üçün nəzərdə tutulub.

Cihazlar+
ASUS ROG Strix XG27ACMS gaming monitoru təqdim edilib
ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Strix XG27ACMS adlanır.

Cihazlar+
ASUS TUF Gaming A14 gaming noutbuku təqdim edilib
ASUS şirkəti yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku ASUS TUF Gaming A14 adlanır.

Cihazlar+
ASUS XG248Q5G-P gaming monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru ASUS XG248Q5G-P adlanır. Şirkət bildirib ki, sözügedən yeni monitor əsasən kiberidman sahəsi üçün nəzərdə tutulub. Belə ki, o, olduqca yüksək təsvir yenilənməsi ilə seçilir.

Cihazlar+
Professionallar üçün ASUS ProArt Display PA27UCGE monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti dizayn və videomontaj sahələrində fəaliyyət göstərən professional şəxslər üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru ASUS ProArt Display PA27UCGE adlanır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
