
ASUS XG248Q5G-P gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
14.04.2025
Emil
ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru ASUS XG248Q5G-P adlanır. Şirkət bildirib ki, sözügedən yeni monitor əsasən kiberidman sahəsi üçün nəzərdə tutulub. Belə ki, o, olduqca yüksək təsvir yenilənməsi ilə seçilir. ASUS XG248Q5G-P monitoru 3 təsvir yenilənməsi rejimini dəstəkləyir. Birinci rejimdə 240 Hz-lik təsvir yenilənməsi, ikinci rejimdə 480 Hz-lik təsvir yenilənməsi, üçüncü rejimdə isə 610 Hz-lik təsvir yenilənməsi təmin olunur.

Monitorun özü isə 1920x1080 piksel keyfiyyətli 24.1 düym ölçülü Super TN ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor özündə NVIDIA G-Sync və AMD FreeSync Premium texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ASUS XG248Q5G-P artıq gələn ay Çində satışa çıxacaq və onun qiyməti 1093$ təşkil edəcək. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Professionallar üçün ASUS ProArt Display PA27UCGE monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti dizayn və videomontaj sahələrində fəaliyyət göstərən professional şəxslər üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru ASUS ProArt Display PA27UCGE adlanır.

Cihazlar+
ASUS ROG Strix XG27UCDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti yeni flaqman gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru ASUS ROG Strix XG27UCDMG adlanır.

Cihazlar+
ASUS ROG Strix OLED XG27UCDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti ROG seriyasının yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru ASUS ROG Strix OLED XG27UCDMG adlanır.

Cihazlar+
ASUS Vivobook 18 noutbuku təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti Vivobook 18 adlı yeni noutbukunu təqdim edib. Bu yeni noutbuk böyük ölçülü ekranı və 8 nüvəli AMD prosessorunu əldə edib.

Cihazlar+
ASUS TUF Gaming VG27AQ3AZ gaming monitoru təqdim edilib
ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru TUF Gaming VG27AQ3AZ adlanır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
