Logo
    main-post-cover

    AOC U32G4 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.07.2025
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC U32G4 adlanır. Beləliklə bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi və 4K görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin edilir. Monitorun özü 31.5 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. AOC U32G4 artıq Çində satışa çıxıb və onun qiyməti 420$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş