
AOC Agon Pro AG276UZD gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.05.2025
Emil
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Agon Pro AG276UZD adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99.3%-ni, Adobe RGB rəng diapazonunun isə 96.5%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 2.1, USB-C girişlərini və 5 vatt gücündə iki ədəd səsgücləndiricini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. AOC Agon Pro AG276UZD gələn ay satışa çıxacaq və onun qiyməti 968$ təşkil edəcək.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
AOC C27G4H2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Yeni monitor AOC C27G4H2 adlanır.

Cihazlar+
Orta büdcəli AOC Gaming U27G4R monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti orta büdcəli yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni gaming monitoru AOC Gaming U27G4R adlanır.

Cihazlar+
AOC Q27G4K gaming monitoru təqdim edilib
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G4K adlanır.

Cihazlar+
Orta büdcəli AOC Q27G4Z gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni orta büdcəli gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru AOC Q27G4Z adlanır.

Cihazlar+
AOC Q27G40XMN gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC Q27G40XMN adlanır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
