Logo
    main-post-cover

    AirPods Pro 3 ürək döyüntülərini izləyə biləcək

    Cihazlar+
    26.08.2025
    Emil
         Şəbəkə mənbələrinin məlumatına görə, Apple şirkəti bu il yeni AirPods Pro 3 naqilsiz qulaqlığını təqdim edəcək və əsas yeniliklərdən biri istifadəçinin ürək döyüntüsünü izləmə funksiyasının dəstəklənməsi olacaq. Bu fikri Bloomberg-in məşhur insayderi Mark Gurman səsləndirib. “Apple-ın digər cihazlarına gəlincə, payızda onların sayı çox olacaq, amma əsasən mərhələli yeniliklərdən ibarət olacaq. Apple Watch, Vision Pro M5 prosessorlu iPad Pro yenilənəcək. Siz həmçinin yeni AirPods Pro qulaqlığının (bu ilin əvvəlində mən Apple-ın ürək döyüntüsünü izləmə funksiyasına malik yeni qulaqlıq üzərində işlədiyini qeyd etmişdim) və eləcə də HomePod Apple TV-nin təqdim olunmasını gözləməlisiniz” - deyə Gurman-ın son açıqlamasında bildirilir.
         Xatırladaq ki, bu il Apple Powerbeats Pro 2 modelində ürək döyüntüsünü izləmə funksiyasını istifadəyə verib. Hər iki qulaqlıq qulağa taxıldıqda və uyğun seçim aktivləşdirildikdə, optik sensorlar saniyədə 100-dən çox impuls göndərərək ürək döyüntülərini ölçür. Bu funksiya məşq zamanı məlumatların toplanması üçün məşhur fitnes tətbiqlərinə inteqrasiya olunur və iPhone-dakı Apple Health tətbiqi ilə sinxronlaşdırılır. Qeyd olunan Powerbeats Pro 2 funksiyası Apple Watch-dakı analoqu ilə eyni prinsiplə işləyir.
         İstifadəçi eyni anda həm Powerbeats Pro 2, həm də Apple Watch-dan istifadə etdikdə, tətbiq standart olaraq smart saatdan gələn məlumatları təhlil edir. Böyük ehtimalla, yeni AirPods Pro modelində də ürək döyüntüsünü izləmə funksiyası oxşar şəkildə işləyəcək. Gözlənilir ki, AirPods Pro 3 modelində səs keyfiyyəti yaxşılaşdırılacaq və səs-küyü azaltma sistemi gücləndiriləcək. Hazırda aktual olan AirPods Pro 2 isə 2022-ci ilin sentyabrında təqdim olunub, 2023-cü ilin sentyabrında müxtəlif rəng variantlarında hazırlanmış USB Type-C interfeysli şarj keysi ilə yenilənib.
    Paylaş
    Bənzər xəbərlər
    elon-musk-apple-ve-openai-ya-qarsi-yeni-mehkeme-iddiasi-qaldirib
    Tech-Biznes

    Elon Musk Apple və OpenAI-ya qarşı yeni məhkəmə iddiası qaldırıb

    xAI şirkəti, Elon Musk-ın rəhbərliyi altında və onun tərkibinə daxil olan sosial şəbəkə X, bazar ertəsi Apple və OpenAI şirkətlərinə qarşı kollektiv iddia qaldırıb.
    qatlana-bilen-iphone-nun-nece-eded-kameraya-sahib-olacagi-aciqlanib
    Cihazlar+

    Qatlana bilən iPhone-nun neçə ədəd kameraya sahib olacağı açıqlanıb

    Bəzi ilkin məlumatlara baxmayaraq, Bloomberg-in insayderi Mark Gurman ənənəsinə sadiq qalaraq Apple-ın orta müddətli perspektivdə elan etməyə hazırlaşdığı əsas yeniliklər haqqında geniş icmal dərc edib.
    yaxin-zamanda-airpods-max-in-yenilenmesi-gozlenilmir
    Cihazlar+

    Yaxın zamanda AirPods Max-ın yenilənməsi gözlənilmir

    Apple-ın naqilsiz qulaqlıqlarını təkmilləşdirmək istəyi danılmazdır, lakin bu istiqamətdəki səylər adətən AirPods modellərinə yönəldilir. Bu arada, AirPods Max artıq 5 ildir ki, demək olar, heç bir dəyişiklik olmadan mövcuddur və potensial alıcılar onun tezliklə yenilənəcəyinə ümid bəsləməməlidirlər.
    yenilenmis-apple-siri-nin-esasini-google-gemini-teskil-ede-biler
    Proqram Təminatı

    Yenilənmiş Apple Siri-nin əsasını Google Gemini təşkil edə bilər

    Heç kimə sirr deyil ki, Apple-ın süni intellekt sistemlərinin hazırlanması üzrə öz səyləri arzu olunan nəticələri vermir və buna görə də şirkət tərəfdaşların köməyinə güvənməyə məcburdur.
    qutusu-acilmamis-birinci-nesil-ipod-herracda-rekord-qiymete-satilib
    Cihazlar+

    Qutusu açılmamış birinci nəsil iPod hərracda rekord qiymətə satılıb

    Apple şirkətinin birinci nəsil iPod modeli bu ay RR Auction hərracında zavod istehsalından bəri açılmamış qutuda 40 264$-a satılıb.