Logo
    main-post-cover

    Chrome mağazasında brauzer üçün təhlükəli əlavələr aşkar edilib

    Təhlükəsizlik
    09.07.2025
    Emil
         Kibertəhlükəsizlik üzrə mütəxəssislər müəyyən ediblər ki, Chrome mağazasından 1.7 milyon dəfədən çox yüklənmiş 11 zərərli brauzer əlavəsi (extension) istifadəçiləri izləyə, brauzer tarixçəsini ələ keçirə və onları təhlükəli saytlara yönləndirə bilərmiş. Buna baxmayaraq, əksər bu əlavələr elan etdikləri funksiyaları yerinə yetirirlər - onlar hava proqnozu, rəng seçimi alətləri, səsin artırılması, saytların bloklarını aşmaq vasitələri və ya emoji klaviaturası kimi legitim tətbiqlər şəklində maskalanıblar. Bu əlavələrin bir hissəsi şikayətlərdən sonra silinib, lakin bəziləri hələ də əlçatandır. Bəzi əlavələr təsdiqlənmiş statusa, yüzlərlə müsbət rəyə malikdir və Chrome mağazasının əsas səhifəsində təbliğ olunur ki, bu da istifadəçilərdə onların təhlükəsizliyi ilə bağlı yanlış təsəvvür yaradır. Brauzerdən silinməsi tövsiyə olunan təhlükəli genişlənmələrdən bəziləri:
    - Color Picker,
    - Eyedropper - Geco colorpick,
    - Emoji keyboard online - copy&paste your emoji,
    - Free Weather Forecast,
    - Video Speed Controller - Video manager,
    - Volume Max - Ultimate Sound Booster.
         Tam siyahı ilə Koi Security saytında tanış olmaq mümkündür. Tədqiqatçıların sözlərinə görə, zərərli kod əlavələrin arxa plan xidmətlərində Chrome Extensions API vasitəsilə gizlədilir. Hər yeni səhifə yükləndikdə işə düşən bir handler qeydiyyata alınır. Bu kod URL-i oxuyur və istifadəçinin unikal ID-si ilə birlikdə məlumatları uzaq serverə göndərir. Server cavab olaraq yönləndirmə əmrləri göndərə bilər. Bu yolla kibercinayətkarlar istifadəçi sessiyalarını ələ keçirmək və qurbanı fişinq və ya zərərli sayt­lara yönləndirmək imkanı əldə edirlər. Koi Security-nin testlərində faktiki yönləndirmələr müşahidə olunmasa da, hücum potensialı mövcuddur. Qeyd etmək vacibdir ki, bu əlavələrin ilkin versiyaları “təmiz” olub - zərərli kod sonradan avtomatik yeniləmələr vasitəsilə əlavə edilib. Hazırda əlavələrin tərtibatçılarından rəsmi açıqlama verilməyib. Amma ehtimal olunur ki, onların hesabları üçüncü tərəf hücumçular tərəfindən sındırılıb və həmin zərərli kod bu yolla daxil edilib.
     
    Paylaş
    Bənzər xəbərlər
    chatgpt-saxta-linklerin-yayilmasi-ucun-alete-cevrilib
    Təhlükəsizlik

    ChatGPT saxta linklərin yayılması üçün alətə çevrilib

    Netcraft şirkətinin tədqiqatçıları müəyyən ediblər ki, ChatGPT və digər çat-botlar istifadəçilər onlardan böyük şirkətlərin rəsmi sayt ünvanlarını soruşduqda tez-tez səhvlərə yol verirlər.
    milyonlarla-naqilsiz-qulaqligi-casusluq-cihazina-cevirmek-olar
    Təhlükəsizlik

    Milyonlarla naqilsiz qulaqlığı casusluq cihazına çevirmək olar

    Bluetooth çiplərindəki zəifliklər onlarla naqilsiz cihazda istifadə olunur və bu zəifliklər kibercinayətkarlar tərəfindən mikrofonlar vasitəsilə qurbanlara casusluq etmək və məxfi məlumatları oğurlamaq məqsədilə istifadə oluna bilər.
    yeni-chrome-kohne-android-cihazlarda-desteklenmeyecek
    Proqram Təminatı

    Yeni Chrome köhnə Android cihazlarda dəstəklənməyəcək

    Google Chrome 139-un buraxılışına hazırlaşdığını elan edib. Məlum olub ki, mobil brauzerin sistem tələbləri növbəti dəfə dəyişəcək. Lakin bu dəfə söhbət prosessor modelindən deyil, smartfona quraşdırılmış Android versiyasından gedir.
    sparkkitty-adli-troyan-sexsi-fotolari-ve-kriptovalyutalari-ogurlayir
    Təhlükəsizlik

    SparkKitty adlı troyan şəxsi fotoları və kriptovalyutaları oğurlayır

    SparkKitty adlı yeni zərərli troyan Android və iOS platformalarında saxta tətbiqlər vasitəsilə aktiv şəkildə yayılaraq istifadəçilərin təhlükəsizliyi üçün ciddi təhdid yaradır. SparkKitty adlı bu zərərli proqram təminatı əvvəl aşkarlanmış SparkCat troyanının təkmilləşdirilmiş versiyasıdır.
    cloudflare-tarixin-en-guclu-ddos-hucumunu-def-edib
    Təhlükəsizlik

    Cloudflare tarixin ən güclü DDoS hücumunu dəf edib

    İnternet resurslarını emal edə biləcəyindən daha çox trafik göndərməklə sıradan çıxarmağa yönəlmiş genişmiqyaslı paylanmış xidmətin dayandırılması (DDoS) tipli hücumlar artmaqda davam edir.