Logo
    main-post-cover

    “iPhone 17” üçün gecəyarısı növbəsi: “Kontakt”da satışlar rekorda çatdı

    Digər
    26.09.2025
    Emil
         Bu gündən etibarən “iPhone 17” və “iPhone Air” seriyasının Azərbaycanda rəsmi satışlarına start verildi. “Apple”ın ölkəmizdəki rəsmi tərəfdaşı “Kontakt” ən son model “iPhone”ları öz alıcılarına ən tez çatdırmaq üçün isə gecə saat 00:01-də satışlara başladı.
         Sentyabrın 26-sı gecənin ilk dəqiqələrində “iPhone 17” və “iPhone Air” seriyasının ilk sahiblərindən olmaq istəyən yüzlərlə şəxs “Kontakt”ın “Nərimanov” mağazasının qarşısına toplanmışdı. Gecə olmasına baxmayaraq, yeni “iPhone” seriyası çox böyük maraqla qarşılandı. Hətta, 2 saat tamamlanmadan “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin bütün ilkin stokları tükəndi. Bu isə “Kontakt” tarixində ən sürətli satılan seriya kimi qeydə alınıb. Alıcıların marağı xüsusilə rəng seçimində özünü göstərdi – seriyanın “Cosmic Orange” “Deep Blue” rəngləri ilk gündən ən çox tələb olunan olub. 
         Gecə satışına qatılan alıcılar həm də xoş sürprizlərlə qarşılaşıblar. Belə ki, şəbəkə məhz gecəyə özəl yeni “Apple” məhsullarından 3100 manatadək dəyəri olan müxtəlif hədiyyələr təqdim edib. 
         Üstəlik, “Kontakt”da “iPhone 17”ə nağd alışda xüsusi güzəştlərlə sahib olmaq da fürsəti də verilir. Belə ki, burada “iPhone 17” 146 manatdan, “iPhone 17 Pro” modelləri 200 manatdan, “iPhone Air” isə 182 manatdan başlayan qiymətləro və elə endirimli qiyməti 18 ayadək hissəli ödəniş şərtləri ilə siz alıcılara təklif olunur. 
         Şəbəkənin mağazalarından aldığımız məlumata əsasən, hazırda “iPhone 17” seriyasının bütün rəng və yaddaş növləri müntəzəm olaraq yenilənir. Lakin, sürətlə tükənməsi səbəbindən alıcılara fürsəti vaxtında dəyərləndirmələri tövsiyə olunur. İstənilən modeli əldə etmək üçün "Kontakt" mağazalarına və ya kontakt.az saytına müraciət edə bilərsiniz.
         Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və burada bütün məhsullar qlobal zəmanətlə, orijinallığına tam təminatla təqdim olunur.
     
    Paylaş
    Bənzər xəbərlər
    kontakt-region-mekteblileri-ucun-ders-otaqlari-yaratdi-video
    Digər

    “Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - VİDEO

    “Kontakt” mağazalar şəbəkəsi sosial məsuliyyətini bu dəfə tamam fərqli addımla göstərir. Belə ki, şəbəkə yeni tədris ilində region mağazalarında xüsusi “dərs otağı” yaradaraq ucqar bölgələrdəki məktəblilərə açıq qapı təqdim edir.
    kontakt-28-mall-a-geldi-yeni-mehsullar-tam-ferqli-formatda
    Digər

    “Kontakt” 28 Mall-a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA

    Paytaxtın ən gur nöqtələrindən biri olan 28 Mall bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə tam yeni formatlı 28 Mall mağazasının qapılarını müştərilərinin üzünə açıb.
    kohne-smartfonunu-bir-klikle-kontaktaz-da-deyerlendir
    Digər

    Köhnə smartfonunu bir kliklə kontakt.az-da dəyərləndir

    Sevindirən şəbəkə “Kontakt” alıcılarına smartfon alışında yepyeni – onlayn “Trade-in” xidmətini istifadəyə verir. Artıq “kontakt.az” saytında sadəcə bir neçə kliklə köhnə smartfonunu qiymətləndirmək, dəyərini öyrənmək və üstəlik, yeni cihazı daha sərfəli almaq mümkündür.
    kontakt-artiq-kurdemirde-acilisa-ozel-60-dek-endirimler
    Digər

    “Kontakt” artıq Kürdəmirdə - AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!

    “Kontakt” mağazalar şəbəkəsinin sevindirici xəbəri bu dəfə Kürdəmirdən gəldi – şəhərin mərkəzində yeni “Kontakt” mağazası artıq fəaliyyətə başladı. İlk gündən şəhərə bayram ovqatı gətirən bu mağaza açılışı musiqili dəqiqələr, sürpriz hədiyyələr və böyük endirimlərlə yadda qaldı.
    kontaktdan-yeni-ders-diline-ozel-dahiyane-fikir-50-dek-endirim-24-ayadek-odeme
    Digər

    “Kontakt”dan yeni dərs dilinə özəl “Dahiyanə fikir”: 50%-DƏK ENDİRİM, 24 AYADƏK ÖDƏMƏ

    Yeni dərs ili artıq qapıdadır…Çantalar, dəftərlər, qələmlər seçilir. Məktəblilərin işini asanlaşdıracaq texnologiyaları isə “Kontakt” mağazalar şəbəkəsi bir-bir seçib və nağd alışda 50%-dək endirimlə üçün əlçatan edir.