“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - VİDEO
Digər
25.09.2025
Emil
“Kontakt” mağazalar şəbəkəsi sosial məsuliyyətini bu dəfə tamam fərqli addımla göstərir. Belə ki, şəbəkə yeni tədris ilində region mağazalarında xüsusi “dərs otağı” yaradaraq ucqar bölgələrdəki məktəblilərə açıq qapı təqdim edir.
“Təhsil üçün yanındayıq #yaxındayıq” adlanan bu layihə ilkin mərhələdə 5 region – Quba, Bərdə, Göyçay, Masallı və Zaqatala mağazasını əhatə edir. Buradakı “dərs otaqları” məktəblilərin rahatlıqla dərslərinə hazırlaşa bilməsi üçün tam şəraitlə – notbuk, printer, masa-stul dəsti və digər ləvazimatlarla təchiz olunub.
Şəbəkə “dərsini burada et” devizi altında yaratdığı bu zonalarda texnologiyaya çıxışı məhdud olan uşaqlara bərabər imkanlar təqdim etməyi, onların öyrənmə bacarıqlarını və gələcək potensiallarını inkişaf etdirməyi hədəfləyir.
Bu layihə həm də təsirli təqdimat videoçarx ilə diqqət çəkir. Çarx izləyicilərə bir uşağın gələcəyini dəyişmək üçün hər zaman böyük imkanlara ehtiyac olmadığını xatırladır. “Kontakt” bu videoçarx ilə göstərir ki, bəzən bütün fərqi yaradan sadəcə kiçik bir masa, bir notbuk və açıq bir qapıdır.
Və ona görə də layihənin maraq görən videoçarxında da deyilən çağırışa biz də qoşuluruq: Təhsil üçün yanındayıq #yaxındayıq.
Layihənin texniki dəstəkçisi qismində isə “Caetono Distribution” çıxış edir.
Qeyd edək ki, sosial məsuliyyət layihələri ilə hər zaman seçilən “Kontakt” illərdir “Təhsil Proqramı” çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində davamlı layihələr həyata keçirir və bu istiqamətdə fəaliyyətini gələcəkdə də aktiv şəkildə davam etdirməyi planlaşdırır.
Paylaş
Bənzər xəbərlər
Digər
“Kontakt” 28 Mall-a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA
Paytaxtın ən gur nöqtələrindən biri olan 28 Mall bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə tam yeni formatlı 28 Mall mağazasının qapılarını müştərilərinin üzünə açıb.
Digər
Köhnə smartfonunu bir kliklə kontakt.az-da dəyərləndir
Sevindirən şəbəkə “Kontakt” alıcılarına smartfon alışında yepyeni – onlayn “Trade-in” xidmətini istifadəyə verir. Artıq “kontakt.az” saytında sadəcə bir neçə kliklə köhnə smartfonunu qiymətləndirmək, dəyərini öyrənmək və üstəlik, yeni cihazı daha sərfəli almaq mümkündür.
Digər
“Kontakt” artıq Kürdəmirdə - AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
“Kontakt” mağazalar şəbəkəsinin sevindirici xəbəri bu dəfə Kürdəmirdən gəldi – şəhərin mərkəzində yeni “Kontakt” mağazası artıq fəaliyyətə başladı. İlk gündən şəhərə bayram ovqatı gətirən bu mağaza açılışı musiqili dəqiqələr, sürpriz hədiyyələr və böyük endirimlərlə yadda qaldı.
Digər
“Kontakt”dan yeni dərs dilinə özəl “Dahiyanə fikir”: 50%-DƏK ENDİRİM, 24 AYADƏK ÖDƏMƏ
Yeni dərs ili artıq qapıdadır…Çantalar, dəftərlər, qələmlər seçilir. Məktəblilərin işini asanlaşdıracaq texnologiyaları isə “Kontakt” mağazalar şəbəkəsi bir-bir seçib və nağd alışda 50%-dək endirimlə üçün əlçatan edir.
Digər
Goranboyda ilk “Kontakt” sevinci – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
“Kontakt” mağazalar şəbəkəsi Azərbaycanın bölgələrində böyüməyə davam edir. Bu dəfə də növbə Goranboy şəhərinə çatdı! Şəbəkənin Goranboyun mərkəzində ilk və yeni mağazası təntənəli açılışı bayram ab-havasında, rəngarəng anlar və sürpriz hədiyyələrlə yadda qaldı.
Ən çox oxunanlar