Logo
    main-post-cover

    “INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi

    Digər
    23.09.2025
    Emil
        29-30 sentyabr 2025-ci il tarixində paytaxt Bakıda  nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 baş tutacaq. PAŞA Holdinq-in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderləri Bakı Konqres Mərkəzində bir araya gələcək. 
        Bu il sammit çərçivəsində sosial məsuliyyət sahəsində önəmli əməkdaşlıq elan edilib. Belə ki, tədbirin rəsmi sosial tərəfdaşı Qırmızı Ürəklər Fondu seçilib. Bununla da sammit çərçivəsində satışa çıxarılan brendləşmiş geyim, aksesuar kimi promo məhsulların satışından əldə olunan gəlirlər Fonda ianə ediləcək. Bu təşəbbüslə sammit iştirakçıları və tərəfdaşlarına sosial layihələrə birbaşa töhfə vermək imkanı yaradılacaq.
        Qeyd edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər
    birbank-biznes-den-sahibkar-qadinlara-ozel-imkanlarla-dolu-biznes-karti
    Digər

    Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı

    Birbank Biznes tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək məqsədilə təqdim olunan “She’s Next” biznes kartı istifadəçilərə müxtəlif imkanlar yaradır. Bu eksklüziv kart həm hüquqi şəxslər, həm də fərdi sahibkar statusuna malik xanımlar üçün nəzərdə tutulub.
    sadece-ad-deyismedik-biz-loyalliq-anlayisini-yeniden-yazdiq-ferid-islamovla-bir-bonus-haqqinda-musahibe
    Digər

    “Sadəcə ad dəyişmədik, biz loyallıq anlayışını yenidən yazdıq” – Fərid İslamovla “Bir Bonus” haqqında müsahibə

    Bir ekosistemi bazara yeni bir məhsulla “Bir Bonus”la daxil olaraq bütün loyallıq proqramı istifadəçilərini təəccübləndirdi. Uzun illərdir “Umico Bonus” adı ilə tanıdığımız loyallıq proqramındakı bu strateji dəyişikliyin arxasında hansı məqsədlər dayanır? Bu keçid müştərilər və partnyorlar üçün nə vəd edir? Bütün bu suallara cavab tapmaq üçün Bir ekosisteminin Loyallıq Proqramı İdarəsinin Baş Direktoru, layihənin ideya müəlliflərindən və rəhbərlərindən olan Fərid İslamovla həmsöhbət olduq.
    qirmizi-urekler-fondu-beynelxalq-xeyriyyecilik-gununu-xususi-aksiya-ile-qeyd-edir
    Digər

    Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir

    5 sentyabr dünyada Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd olunur. BMT tərəfindən təsis edilən bu günün əsas məqsədi yardımlaşma və həmrəyliyin vacibliyini xatırlatmaqdır.
    baki-icpc-2025-kapital-bank-qlobal-proqramlasdirma-layihesinde-istirak-edir
    Digər

    Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir

    1 sentyabr 2025-ci il tarixində Bakıda dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizdə ilk dəfə təşkil edilən dünya finalı ilə tarixə düşüb.
    kapital-bank-dan-kiberdeleduzluqla-mubarizede-novbeti-addim-zeng-edenin-bank-emekdasi-olub-olmadigini-yoxlaya-bilersiniz
    Digər

    Kapital Bank-dan kiberdələduzluqla mübarizədə növbəti addım: zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz

    Ölkənin birinci bankı Kapital Bank kiberdələduzluqla mübarizə üsullarını genişləndirir. Bank bu dəfə Birbank mobil tətbiqinə yeni funksionallıq gətirib. Artıq müştərilər bank tərəfindən gələn zəngin həqiqətən də banka aid olub olmadığını yoxlaya biləcəklər.