Logo
    main-post-cover

    Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir

    Digər
    05.09.2025
    Emil
        5 sentyabr dünyada Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd olunur. BMT tərəfindən təsis edilən bu günün əsas məqsədi yardımlaşma və həmrəyliyin vacibliyini xatırlatmaqdır. 
        Məhz bu əlamətdar gündə Qırmızı Ürəklər Fondu sosial həssas qruplardan olan tələbələrin təhsilinə dəstək məqsədilə “Onu Oxut” aksiyasına start verir. Həyata keçirilən ianə aksiyasının əsas məqsədi əhalinin sosial həssas qruplardan olan tələbələrin təhsil imkanlarını genişləndirmək, onlara dəstək olmaqdır. 
        Xatırladaq ki, 2021-ci ildən başlayan “Onu oxut” aksiyası çərçivəsində bugünədək 115 490 manat vəsait toplanılaraq, 76 tələbəyə təhsil təqaüdü təqdim edilib.
        Qırmızı Ürəklər Fondu xeyriyyəçilik təşəbbüslərinə qoşulmaq istəyən hər kəsi “Onu Oxut” aksiyası çərçivəsində həmrəylik nümayiş etdirməyə və gənclərə dəstək olmağa çağırır.
        Aksiyaya fotodakı QR kodu oxudaraq, eləcə də Fondun veb-saytı (https://redhearts.az/aktiv-aksiyalar/tehsil-teqaud), Kapital Bank terminalları,  Birbank və m10 mobil tətbiqləri vasitəsi ilə ianə etmək mümkündür. 
        Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər
    baki-icpc-2025-kapital-bank-qlobal-proqramlasdirma-layihesinde-istirak-edir
    Digər

    Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir

    1 sentyabr 2025-ci il tarixində Bakıda dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizdə ilk dəfə təşkil edilən dünya finalı ilə tarixə düşüb.
    kapital-bank-dan-kiberdeleduzluqla-mubarizede-novbeti-addim-zeng-edenin-bank-emekdasi-olub-olmadigini-yoxlaya-bilersiniz
    Digər

    Kapital Bank-dan kiberdələduzluqla mübarizədə növbəti addım: zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz

    Ölkənin birinci bankı Kapital Bank kiberdələduzluqla mübarizə üsullarını genişləndirir. Bank bu dəfə Birbank mobil tətbiqinə yeni funksionallıq gətirib. Artıq müştərilər bank tərəfindən gələn zəngin həqiqətən də banka aid olub olmadığını yoxlaya biləcəklər.
    birbank-telebe-teqaud-proqraminin-iki-illik-marafonu-ugurla-basa-catdi
    Digər

    “Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı

    Kapital Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilən “Birbank” tələbə təqaüd proqramı uğurla yekunlaşıb. Proqramın ilk seçim mərhələsinə 3000-dən çox tələbə müraciət edib, onlardan seçilən 15 nəfər namizəd “Birbank təqaüdçüsü” adını qazanaraq iki il ərzində ayda 300 AZN məbləğində təqaüd almaq imkanını əldə edib.
    birbank-in-indi-al-sonra-ode-imkani-ile-trendyolda-alis-veris-daha-rahatdir
    Digər

    Birbank-ın “İndi al, sonra ödə” imkanı ilə Trendyolda alış-veriş daha rahatdır!

    Trendyolda sevdiyiniz məhsulları indi sifariş edib, ödənişi isə hissə-hissə etmək imkanınız var. Birbank-ın təqdim etdiyi “İndi al, sonra ödə” xidməti ilə alış-veriş zamanı xərclərinizi 4 bərabər hissəyə bölərək 2 ay ərzində rahatlıqla ödəyə bilərsiniz.
    kapital-bank-dan-yeni-kredit-kampaniyasi-6000-azn-gotur-ayliq-190-azn-ode
    Digər

    Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə

    Ölkənin birinci bankı Kapital Bank yeni kredit kampaniyasına start verir. Belə ki, 30 sentyabr tarixinədək bankdan nağd kredit alan müştərilər hər 6000 manat kredit məbəği üçün 190 manat aylıq ödəniş etmək şansı qazanırlar.