Logo
    main-post-cover

    Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı

    Digər
    01.10.2025
    Emil
        Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan “INMerge” İnnovasiya Sammiti (INMerge Innovation Summit) “Paşa Holding”in təşkilatçılığı və Bir ekosisteminin sponsorluğu ilə uğurla başa çatdı. 29-30 sentyabr 2025-ci il tarixlərində baş tutan tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan korporasiyalar, investorlar, startaplar və ekosistem oyunçularını bir araya gətirərək regional innovasiya mühiti üçün əhəmiyyətli platforma oldu.   
        Sammitin açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev çıxış etdilər. Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişaf yolları açdığını vurğulayaraq son 20 ildə Azərbaycana cəlb edilən 344 milyard dollardan çox sərmayənin 210 milyard dollardan çoxunun qeyri-neft sektoruna yönəldiyini vurğuladı. “Paşa Holding”in Baş İcraçı direktoru Cəlal Qasımov isə tədbiri Mərkəzi Avrasiyanın aparıcı innovasiya forumu adlandıraraq onun regional əhəmiyyətini qeyd etdi. 
        5000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən artıq vençur fondun qatıldığı tədbirdə “Pixar”ın qurucusu Edwin Catmull, “OpenAI”ın keçmiş “Go-To-Market” rəhbəri Zack Kass və Harvard professoru Tarun Khanna kimi qlobal liderlər panel müzakirələrində iştirak etdilər.
        Qeyd edək ki, Bir ekosistemi sammitdə öz brendləri olan Birbank, Birmarket, m10 və Trendyol Azərbaycan ilə təmsil olundu. Tədbir çərçivəsində Bir ekosisteminin Baş İcraçı direktoru Fərid Məmmədov “Keçiddən transformasiyaya: İnnovasiya və inkişaf üçün institutlar quran liderlərin yetişdirilməsi” (From Transition to Transformation: Developing Leaders Who Build Institutions for Innovation and Growth) adlı panel müzakirəsində çıxış etdi. Müzakirədə liderlərin üzləşdiyi çətinliklər və davamlı öyrənmənin zərurəti vurğulandı. O, həmçinin “Şirkətlər liderlər yaradır, yoxsa liderlər şirkətləri formalaşdırır?” sualına toxunaraq bu münasibətin dinamik və ikitərəfli bir proses olduğunu ifadə etdi. 
        Birbank-ın Baş İcraçı direktoru Fərid Hüseynov da tədbirin ilk günündə “Bankçılıqdan daha çoxu: İnkişaf edən fintex ekosisteminin formalaşdırılması” (Beyond the bank: Growing a thriving fintech ecosystem) adlı panel müzakirəsində iştirak etdi. O, bankçılığın gələcəyi, fintex ekosisteminin inkişafı və rəqəmsal transformasiyanın vacibliyi barədə dəyərli fikirlərini bölüşdü.
        Tədbir iştirakçılar üçün qazanılan biliklər, fikir mübadiləsi, yeni tanışlıqlarla yadda qaldı. 
       Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
     
    Paylaş
    Bənzər xəbərlər
    kapital-bank-bu-il-de-sibos-2025de-oz-stendi-ile-cixis-edir-beynelxalq-goruslere-start-verilib
    Digər

    Kapital Bank bu il də “Sibos 2025”də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib

    Azərbaycanın aparıcı maliyyə qurumu olan Kapital Bank 29 sentyabr tarixində  Frankfurt şəhərində start götürən dünyanın ən nüfuzlu maliyyə tədbiri olan “Sibos 2025”dəki iştirakına başlayıb. Tədbirin ilk günündən etibarən bankın nümayəndə heyəti qlobal maliyyənin gələcəyini formalaşdıran müzakirələrdə aktiv iştirak edir.
    emekhaqqi-ve-teqaud-kartlarinda-bonuslar-dovru-baslayir
    Digər

    Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

    Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır.
    kapital-bank-globeeinnovation-awardsdan-qizil-mukafata-layiq-goruldu
    Digər

    Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü

    Ölkənin birinci bankı Kapital Bank müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi “Müştəriyönümlü transformasiya” layihəsi ilə beynəlxalq arenada növbəti böyük uğura imza atıb.
    birbank-engelsiz-bankciliq-sahesinde-inqilabi-yeniliye-imza-atdi-isaret-dili-ile-videozeng-xidmeti-teqdim-edildi
    Digər

    Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

    Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı.
    inmerge-innovasiya-sammiti-qirmizi-urekler-fondunu-sosial-terefdas-elan-etdi
    Digər

    “INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi

    29-30 sentyabr 2025-ci il tarixində paytaxt Bakıda  nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 baş tutacaq. PAŞA Holdinq-in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır.