Logo
    main-post-cover

    Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

    Digər
    02.10.2025
    Emil
       Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus möhtəşəm hədiyyələr qazandırır. Belə ki, 1 oktyabr tarixindən etibarən Bir Bonus lotereyası start götürüb. Bu lotereyada həm bonus qazanaraq, həm də xərcləyərək iştirak etmək mümkündür. 15 noyabr 2025-ci il tarixinədək davam edəcək lotereyada istifadəçilər yüzlərlə bonusla yanaşı, lotereyanın əsas mükafatı Toyota Corolla avtomobilinə sahib olmaq şansı əldə edirlər. Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər. 
        Lotereyada iştirak prosesi çox sadədir. Kapital Bank/Birbank kartları və ya m10 ilə ən azı 5 AZN və daha yuxarı məbləğdə ödəniş 1 şans qazandırır. Birmarket.az saytı və ya Birmarket tətbiqində edilən ödənişlər sahibinə 10 şans gətirir.  Bonus balansından 0.50 və yuxarı məbləğdə Bir Bonus xərcləyən iştirakçılar 1 şans, Birmarket.az və Birmarket tətbiqində isə 10 şans qazanırlar.
        Aşağıdakı əməliyyatları icra edərək lotereyada şans saylarını artırmaq mümkündür: 
    • Birbank tətbiqində aylıq təklif edilən bonus kateqoriyalarından seçim edib, həmin kateqoriyalarda edilən ödənişlər;
    • Partnyor mağazada alış-veriş zamanı Bir Bonus barkodunu oxudaraq edilən ödənişlər;
    • m10 tətbiqində bonus ilə edilən və ya bonus qazandıran ödənişlər;
    • Birbank və ya m10-da QR funksiyası ilə bonuslarla edilən ödənişlər;
    • Bir Bonus kabinetini “Trendyol Azərbaycan”da əlaqələndirib edilən ödənişlər;
    • Bonus kateqoriyası seçib bonus partnyorunda edilən ödənişlər;
       Lotereyanın yekununda ümumilikdə 1001 nəfər qalib seçiləcək. Onlardan 1 nəfər lotereyanın superprizi – Toyota Corolla avtomobilini, digərləri isə yüzlərlə bonus qazanacaq. 
    • 100 qalib – 200 bonus
    • 200 qalib – 100 bonus
    • 300 qalib – 50 bonus
    • 400 qalib – 20 bonus
       Lotereyanın tirajı 16 dekabr  2025-ci il tarixində keçiriləcək. Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi Bir Bonus-un rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
        Ətraflı məlumat üçün: http://birbonus.az/ və ya *1001
        Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür. 
       kapitaBir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
     
    Paylaş
    Bənzər xəbərlər
    bir-ekosisteminin-sponsorlugu-ile-inmerge-innovasiya-sammiti-ugurla-basa-catdi
    Digər

    Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı

    Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan “INMerge” İnnovasiya Sammiti (INMerge Innovation Summit) “Paşa Holding”in təşkilatçılığı və Bir ekosisteminin sponsorluğu ilə uğurla başa çatdı.
    kapital-bank-bu-il-de-sibos-2025de-oz-stendi-ile-cixis-edir-beynelxalq-goruslere-start-verilib
    Digər

    Kapital Bank bu il də “Sibos 2025”də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib

    Azərbaycanın aparıcı maliyyə qurumu olan Kapital Bank 29 sentyabr tarixində  Frankfurt şəhərində start götürən dünyanın ən nüfuzlu maliyyə tədbiri olan “Sibos 2025”dəki iştirakına başlayıb. Tədbirin ilk günündən etibarən bankın nümayəndə heyəti qlobal maliyyənin gələcəyini formalaşdıran müzakirələrdə aktiv iştirak edir.
    emekhaqqi-ve-teqaud-kartlarinda-bonuslar-dovru-baslayir
    Digər

    Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

    Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır.
    kapital-bank-globeeinnovation-awardsdan-qizil-mukafata-layiq-goruldu
    Digər

    Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü

    Ölkənin birinci bankı Kapital Bank müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi “Müştəriyönümlü transformasiya” layihəsi ilə beynəlxalq arenada növbəti böyük uğura imza atıb.
    birbank-engelsiz-bankciliq-sahesinde-inqilabi-yeniliye-imza-atdi-isaret-dili-ile-videozeng-xidmeti-teqdim-edildi
    Digər

    Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

    Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı.